Millimizin futbolçusu Əfran İsmayılov DÇ-2018-in seçmə mərhələsində Çexiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra brifinq keçirib. Qol.az-ın məlumatına görə, yığmamızın yeganə qolunun müəllifi əvvəlcə matç barədə fikirlərini bildirib.
- Həm Rəşad Sadıqova görə, həm də qrupda 3-cü yeri tutmaq üçün qələbə qazanmağı çox istəyirdik. Şanslarımız oldu, həqiqətən də hücum futbolu nümayiş etdirdik. Çexiya şanslarından yararlandı. Bizim də qol imkanlarımız oldu. Hesab 2:2 olsaydı, komandamız üçün yaxşı nəticə sayıla bilərdi. Amma nə etməli? Uduzsaq da, əsas odur ki, istədiyimiz oyunu nümayiş etdirə bildik, qol epizodları yaratdıq.
- Çexiya udulası komanda idi?
- Hamı bizə udulası komanda kimi baxır. Biz isə heç kimə belə yanaşmırıq. Çexiya bura xal almağa gəlmişdi və istədiyini qazandı. Yenə deyirəm, doğrudan da zəif oynamadıq, şanslarımız çox oldu. Hər iki hissədə, öz qolumuzdan sonra epizodlar yaratsaq da, yararlana bilmədik. Səviyyə fərqi özünü göstərdi. Çexiya yığması əlinə düşən şanslardan yararlanaraq, qələbə qazandı.
- Rəşad Sadıqovun komandadakı yeri görünəcək?
- Əlbəttə. Rəşad komandamızın kapitanı idi. Bir lider kimi oyunumuzu hərtərəfli tənzimləyirdi. Öz qərarıdır. Qərarına hörmətlə yanaşmaq lazımdır. Mənə yaxındır, dostdur. Deyə bilərəm ki, belə bir futbolçudan bir daha olmayacaq. Yəqin ki, hələ "Qarabağ"da karyerasını davam etdirəcək. Yığmada isə onun yerinə özü kimisinin gələcəyinə inanmıram.
- Razısanmı ki, son zamanlar ən yaxşı oyununu keçirdin?
- Pis çıxmasın, millidə həmişə başqa cür futbol oynayıram. Klubumda bir aydır çıxış etmirdim, amma burada oyuna tam fərqli yanaşmışdım. Hamımız milli komanda üçün oynayırıq. Bayrağı, gerbi fikirləşəndə həqiqətən də meydana tam fərqli ovqatda çıxırsan. Baş məşqçi də mənə etimad göstərir, özüm də əlimdən gələni edirəm. Açığı, yeri gəlsə, oynamayan futbolçu yığmaya çağırılmamalıdır. Amma Robert Prosineçki hər dəfə mənə dəvət göndərir, məni oynadır. Mən də bunun cavabını artıqlaması ilə verməyə çalışıram.
- Almaniyaya hansı əhval-ruhiyyədə yollanırsınız?
- Çox üzgünük. Biri var ki, oynamadan, bir də var oynayıb uduzasan. Oynayıb uduzmaq həqiqətən də adama təsir edir. Nə demək olar? Almaniya elə bir komandadır ki, qrup lideridir. Əlimizdən gələni edəcək, canımızı qoyacağıq ki, bizim üçün ən yaxşı nəticəyə nail olaq.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?