Azərbaycanın birinci divizionunda oynayan bir klub var. İmişlini təmsil edən “Mil Muğan”. Bu günlərdə AFFA-nın qərarına əsasən, bu komanda növbəti dəfə birinci diviziona buraxıldı. Əslində bir bölgə komandasının çempionatımızda oynaması müsbət haldı və bu, bir rayonda futbolun yaşamasına xidmət edir. Amma dərinə gedəndə “Mil Muğan”la bağlı ciddi bir problem ortaya çıxır. Məsələ burasındadı ki, bu klub birbaşa Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin nəzarəti altındadır. PFL rəhbəri hələ ötən il müsahibələrindən birində bunu açıq şəkildə etiraf etmişdi.
Dünyada yəqin Azərbaycandan başqa heç bir ölkə tapa bilmərsiniz ki, onun futboluna rəhbərlik edən şəxslərdən biri bu dərəcədə məsuliyyətsiz açıqlamalar versin, eyni zamanda da bilərəkdən, ya bilməyərəkdən əsl həqiqəti açıb söyləsin. Heç kimə sirr deyil ki, PFL-lə yanaşı AFFA-nın da nəzarətində olan komandalar var. Elə təkcə “Sumqayıt”ı söyləmək kifayət edir. Amma qurumun baş katibi Elxan Məmmədov heç vaxt bir klubun ona aidiyyatı olduğunu söyləməyib, söyləməz də. Çünki Elxan Məmmədovun Ramin Musayevdən fərqli olaraq, uğurlu diplomatiyası var. Elə ona görə də Məmmədovun sorağı FİFA və UEFA-dan, Ramin Musayevin sorağı isə ən yaxşı halda qonşu Gürcüstanın kəndindən gəlir.
Nə isə, biz yaxşısı qayıdaq yenə öz tərəflərimizə. Deməli, bugünlərdə məlum oldu ki, AFFA ilə PFL daha bir neçə əyalət komandasını birinci diviziona buraxmadı. Onların sırasında Mingəçevir, Qusar və Qazaxın təmsilçiləri də vardı. Bununla bağlı hər iki futbol qurumunun rəsmi saytında verilən açıqlamada bildirilirdi ki, AFFA və PFL-in birgə komissiyası növbəti iclasını keçirərək, təqdim olunan sənədləri, peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olan məlumatları nəzərə almaqla I divizionda iştirak edəcək komandaların adlarını təsdiqləyib.
Yəni birdən-birdə futbolumuzda möcüzə baş verdi, idarəçilərin hamısı oldu tərtəmiz ay parçası. Adını oyun alqı-satqısında içtirak qoyub bir neçə klubu çempionata buraxmadılar. İçlərində “Bakılı” komandası da vardı. O “Bakılı” ki, onun prezidenti Ramin Musayevin dostudur. Bu klub dünənə qədər hər il birinci divizionda oynayırdı və elə bir oyun da olmurdu ki, komandanın adı oyun alverində hallanmasın. Həmin klubun nə hoqqalardan çıxdığı ta uzaq İsveçrəyə, FİFA və UEFA-nın qərargahına qədər gedib çıxırdı. Amma hər nə hikmətdirsə neçə illərdi bundan PFL-in komissiyası və rəhbəri Ramin Musayev “xəbəri olmurdu”. Yaxşı ki, hərdən dünyanın futbol qurumları AFFA ilə PFL-ə gözünü ağırdır. Yoxsa, birinci divizionda daha nə hoqqalardan çıxardılar. Ara yerdə nə oldusa yeni yaranan “Göyçə” klubuna oldu.
Ramin Musayev bu klubun sponsoruna deyib ki, baş məşqçi Bəhmən Həsənovu işdən qov, çünki adı oyun alqı-satqısında hallanır, onu yerinə isə Aqil Məmmədovu gətir. Məmmədov isə ötən mövsüm “Mil Muğan”ın baş məşqçisi işləyib. Məmmədovla bağlı faktı bu gün Bəhmən Həsənov özü müsahibəsində etiraf edir. “Göyçə”nin sponsoru isə Musayevin diqtəsinə əməl etməyib və başını götürüb futboldan çıxıb gedib. Yəni Ramin Musayev yeni yaranan klubu elə beşikdəcə boğaraq məhv edib.
Hansı haqla? PFL prezidentinə vəzifə səlahiyyətlərini kobud şəkildə aşan bu səlahiyyəti kim verib? Heç kim! Heç bir əsasnamə, heç bir futbol qayda-qanunu!
Hə, bəzi klublar guya oyun alqı-satqısında şübhəli bilindiyi üçün diviziona buraxılmadı. Maraqlıdı, bəs kim zəmanət verə bilər ki, Ramin Musayev özünün komandası olduğunu dediyi “Mil Muğan”ın əli ilə hansı qanunsuzluqları etməyəcək? Elə bu komandanın iştirakı ilə birinci divizionda növbəti, daha böyük hoqqalar törətməyəcək?
Necə deyərlər, yaşayarıq, görərik...
Elgün HÜSEYNOV
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu