“Qəbələ” Avroliqada mübarizə aparmış komandadır. Yaxşı rəqibə qarşı mübarizə apardıq. Amma düşünürəm ki, hesab heç-heçə olsaydı, daha yaxşı olardı”.
Bu sözləri Qol.az-a açıqlamasında “Səbail”in futbolçusu Vüqar Nadirov Topaz Premyer Liqanın 5-ci turunda dünən “Qəbələ”yə məğlub olduqları oyun (1:3) haqda danışarkən deyib.
O, komandasının mövsümə uğursuz başlamasını təcrübəsizliklə əlaqələndirib: “Səbail” hələ yeni komandadır, 5-10 ilin komandası deyil ki. Heç uzun illərin komandaları bizim qədər hücum etmirlər. Hər oyunda xeyli hücum edirik. Amma bəxtimiz gətirmir. "Qəbələ” ilə oyunda hesabı bərabərləşdirmişdik, ancaq təcrübəsizlik öz sözünü dedi. Daha sonra qapımızdan 2 qol buraxdıq".
30 yaşlı hücumçu dünən cərimə zərbəsindən “Qəbələ”yə vurduğu qol haqda da danışıb: “Əvvəlcədən məşq zamanı Elman Taqayevlə cərimə zərbələrini məşq etmişdik. O, topu irəli doğru buraxmalı, mən də zərbə vurmalı idim. Beləcə, dünənki oyunda bu, uğurlu alındı”.
Millimizin sabiq üzvü növbəti oyunlarda daha yaxşı formada olacağını söyləyib: “Fikrimcə, oyundan-oyuna daha yaxşı oynayacam. Hər matçda maksimum gücümü ortaya qoyuram. Düşünürəm ki, növbəti oyunlarda daha yaxşı formada olacam”.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı