UEFA Çempionlar Liqasında 2017/18 mövsümünün qrup mərhələsinə start verilib.
Qol.az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçirilib. Əvvəlcə A, B, C və D qruplarının iştirakçıları meydana çıxıblar.
Tarixində ilk dəfə ÇL-in qrup mərhələsinə yüksələn Azərbaycan çempionu “Qarabağ”ı səfərdə “Çelsi”yə 0:6 hesabı ilə uduzub. Qrupun digər matçında isə “Roma” öz meydanında “Atletiko” ilə heç-heçə edib.
A qrupunun favoriti “Mançester Yunayted” öz meydanında “Bazel”ə 3 cavabsız qol vurub.
Yarışın iddialılarından olan “Bavariya” evdə “Anderlext”dən üstün olub - 3:0. Bahalı transferləri ilə diqqəti üzərinə çəkən PSJ isə səfərdə “Seltik”i darmadağın edib - 5:0.
Günün ən çox maraqla gözlənilən qarşılaşması isə “Nou Kamp”da oynanılıb. “Barselona” ötən il 1/4 finalda uduzduğu “Yuventus”u qəbul edib. Görüş kataloniyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qrup mərhələsində ilk tura bu gün yekun vurulacaq.
12 sentyabr
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur
A qrupu
22:45. “Mançester Yunayted” (İngiltərə) - “Bazel” (İsveçrə) - 3:0
Qol: Fellaini, 35, Lukaku, 53, Reşford, 84
22:45. “Benfika” (Portuqaliya) - MOİK (Rusiya) - 1:2
Qol: Severoviç, 50 (1:0), Vitinyo, 63 (1:1), Camalettinov, 71 (1:2)
B qrupu
22:45. “Bavariya” (Almaniya) - “Anderlext” (Belçika) - 3:0
Qollar: Levandovski, 11-pen. Alkantara, 65, Ximmik, 90
22:45. “Seltik” (Şotlandiya) - PSJ (Fransa) - 0:5
Qol: Neymar, 19, Mbappe, 34, Kavani, 40, Lustiq, 83-avtoqol, Kavani, 85
C qrupu
22:45. “Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 6:0
Qollar: Pedro, 5, Zappakosta, 30, Aspilikueta, 55, Bakayoko, 71, Batşuay, 76, 82
22:45. “Roma” (İtaliya) - “Atletiko” (İspaniya) - 0:0
D qrupu
22:45. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya) - 3:0
Qol: Messi, 45, Kakitiç, 56, Messi, 69
22:45. “Olimpiakos” (Yunanıstan) - “Sportinq” (Portuqaliya) - 2:3
Qol: Dumbia, 2 (0:1), Martins, 14 (0:2), Fernandes, 43 (0:3), Pardo, 90 (1:3), 90+3 (2:3)
13 sentyabr
E qrupu
22:45. “Sevilya” (İspaniya) - “Liverpul” (İngiltərə)
22:45. “Maribor” (Sloveniya) - “Spartak” (Moskva, Rusiya)
F qrupu
22:45. “Feyenord” (Hollandiya) - “Mançester Siti” (İngiltərə)
22:45. “Şaxtyor” (Ukrayna) - “Napoli” (İtaliya)
G qrupu
22:45. “Leyptsiq” (Almaniya) - “Monako” (Fransa)
22:45. “Porto” (Portuqaliya) - “Beşiktaş” (Türkiyə)
H qrupu
22:45. “Real” (İspaniya) - APOEL (Kipr)
22:45. “Tottenhem” (İngiltərə) - “Borussiya” (Dortmund, Almaniya)
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video