"Araz"ın UEFA kubokunda oyunlarının vaxtı açıqlandı

"Araz"ın UEFA kubokunda oyunlarının vaxtı açıqlandı
GÜNDƏM 7 Sentyabr 2017 / 13:45 3131
-  A +

Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin oyunlarının vaxtı açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı məlumata görə, H qrupunda mübarizə aparacaq Azərbaycan çempionu “Araz” oktyabrın  11-də Bosniya və Herseqovinanın “Mostar” klubu ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oktyabrın 12-də isə təmsilçimiz  Maltanın “Luksol Sent Endryu” klubu ilə üz-üzə gələcək. Bu görüş də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
 
Naxçıvan təmsilçisi oktyabrın 14-də son turun oyununda “Deva” (Rimıniya)ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Araz"ın hər üç oyunu Rumıniyada keçiriləcək.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu