Milimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində San Marino ilə oyundan (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib.
- Bu qələbəni Qurban bayramı münasibəti ilə Azərbaycan xalqına həsr edirik. 90 dəqiqə ərzində üstünlük bizdə oldu. Komandamın oyunundan razı qaldım. Norveçlə matçda çox səhvə yol verdik. Şadam ki, o matçdan sonra belə oyun göstərə bildik.
- Təmkin Xəlilzadənin oyunundan razı qaldınız?
- Bəli, onun oyunundan razı qaldım. Həm müdafiədə etibarlı idi, həm də hücumlara yaxşı qoşulurdu. İlk oyunu olmasına baxmayaraq, özünü yaxşı göstərdi.
- Bundan sonra millimizin hədəfi nədir?
- Qarşıda bizi 2 oyun gözləyir. Bakıda Çexiya ilə oynayacağıq. Səfərdə onlardan 1 xal ala bilmişik. Evdə də yaxşı oynamağa çalışacağıq. Almaniya ilə görüşə gəlincə, özümüzü aldatmayaq, bu komandanın gücündən xəbərdarsınız . Mübarizə aparmağa çalışacağıq.
- Norveçlə oyunda Dmitri Nazarov sanki bilərəkdən sarı vərəqə aldı. Bu, cəzanı San Marino ilə oyunda çəkməsi sizin tapşırığınız idi?
- Heç vaxt futbolçularıma belə göstəriş vermirəm. Nazarov özü belə edibsə, nəsə deyə bilmərəm.
- Ruslan Abışov hələ də Prosinçekinin komandasında özünə yer tapa bilmir. Bunun səbəbi nədir?
- Ruslanı da əvəzetmədən oyuna daxil edə bilərdim. Amma başqa qərar verdim. Ruslan hələ tam formada deyil. Formasını tam yığdıqdan sonra ona da şans verəcəm.
- Hamı Ramil Şeydayevdən qol gözləyirdi. Siz də onu 90 dəqiqə meydanda saxlamaqla sanki qol vurmağını gözləyirdiniz. Belə bir gözləntiniz var idi?
- Ramil əzmkar futbolçudur. Bu gün yaxşı oynadı. Təəssüf ki, şanslarından istifadə edə bilmədi. Bir qol vursa, ayağı açılacaq. Gələcəkdə Ramilin oyunundan həzz alacağıq. Qol vurmağını həm istəyirdim, həm də gözləyirdim.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov