AFFA prezidenti Rövnəq Abdullayev DÇ-2018-in seçmə mərhələsində Azərbaycan - San Marino (5:1) oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Qələbə münasibət ilə sizi təbrik edirik. Oyun barədə fikirlərini necədir?
- Normal, yaxşı futbol oynadıq. Oyuna yaxşı hazırlaşmışdıq. Norveçlə oyundan sonra belə qələbə yerinə düşdü, azarkeşlərimiz sevindi.
- Millimizin 5 qol vurması sizin üçün gözlənilməz olmadı?
- Norveçə məğlubiyyətdən sonra demişdim ki, San Marinoya ən azı 3 qol vurmalıyıq. Bildiyimə görə, heç vaxt 5 qolla qalib gəlməmişdik, həmçinin də qruplarda 10 xal qazanmamışdıq. Düzdür, qrupdan çıxmaq üçün şansımız qalmayıb. Amma autsayder olmamaq da yaxşı göstəricidir.
- Stadionun ot örtüyü bərbad vəziyyətdə idi. Bu fikirlə razısınız?
- Bərbad deyil. İstidə nəinki ot, insan da yanır. Düşünürəm ki, stadion normal vəziyyətdədir. Hava sərinləyən kimi, ot örtüyünün də vəziyyəti düzələcək.
- Qrup mərhələsəi başa çatmaq üzrədir. Millinin nəticələri ürəyinizcədir?
- Hamı istəyir ki, irəli gedək. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı və bu, bizim üçün böyük uğurdur. İstəyirik ki, milli komandamız və klublarımız yüksək nailiyyət göstərsinlər. Biz də bunun üçün əlimizdən gələni əsirgəmirik.
- Yığmamız qrupda 10 xal qazanmaqla yeni rekord müəyyənləşdirdi. Bu, növbəti seçmə mərhələ üçün məsuliyyəti artırmır?
- Rekordları kənarda qoymalıyıq. Bunlar futbolda baş verən hadisələrdir. İlk dəfə bu qədər xal toplamışıq və bunun davamını gətirmək üçün çalışmalıyıq. Gəlin, millini çox tərifləməyək. Çünki uşaqlar orbitdən çıxandan sonra özlərini ələ ala bilmirlər. Qarşıdakı oyunları gözləməliyik və qələbələrə ümid etməliyik. Norveçlə oyunda qələbə qazanacağımıza inanırdıq, amma alınmadı. Seçə mərhələnin sonunu gözləyək və sonra oyunlarımızı analiz edəcəyik. İndi iyirmi-iyirmi deyəcəm, məni lağa qoyacaqsınız (gülür). 2020-ci ilin Avropa çempionatının qrup mərhələsinin bir neçə oyunu Bakıda keçiriləcək. Biz komandamızı gücləndirmək üçün çox çalışırıq və əsas hədəfimiz 2020-ci ildə keçiriləcək Avropa çempionatında uğur qazanmaqdır. Perspektivli futbolçularımız var və ümid edirik ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov