"Qol vurmağımız sevindirici haldır" - San Marinonun baş məşqçisi

"Qol vurmağımız sevindirici haldır" - San Marinonun baş məşqçisi
ÖLKƏ FUTBOLU 4 Sentyabr 2017 / 22:35 5903
-  A +

San Marino millisinin baş məşqçisi  Pyer Anjeli Manzaroli  Pyer Anjeli Manzaroli  DÇ-2018-in seçmə mərhələsində yığmamıza 1:5 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Qol vurmağımız bizim üçün sevindirici haldır. Komandamız yenilənib. Hamısı gənc futbolçulardır. Çalışırıq bu heyətlə uğur qazana bilək.

- Adətən kiçik ölkələr başqa ölkələrdən olan futbolçuları milliləşdirirlər. Sizin bu taktikadan istifadə etmək fikriniz yoxdur?

- Xeyr, çünki San Marinoda qaydalar çox sərtdir. Ona görə də legioner futbolçuları milliləşdirə bilmirik. Çalışırıq ki, yerli futbolçularla ölkəmizi layiqincə təmsil edək.

- İlk oyunla bu matçı müqayisə etsəz, Azərbaycan millisi haqda nə deyə bilərsiniz?

- Dünən qeyd etdiyim kimi, Azərbaycan futbol ənənəsi olan ölkədir. "Qarabağ" ÇL-in qrup mərhələsinə düşməklə bunu sübut etdi.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner