“Qarabağ” Çempionlar Liqasına bu heyətlə gedir – siyahı

“Qarabağ” Çempionlar Liqasına bu heyətlə gedir – siyahı
ÖLKƏ FUTBOLU 2 Sentyabr 2017 / 14:31 12670
-  A +

Çempionlar Liqasının qrup mərhələsində yarışacaq “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib.

Bu haqda Qol.az-a klubun mətbuat xidmətindən məlumat verilib. Baş məşqçi Qurban Qurbanov heyətə 25 oyunçunun adını daxil edib. Onların sırasında gözlənildiyi kimi komandanın son 3 transferi də var.

Qapıçılar: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç

Müdafiəçilər: 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak (Kuba), 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 8. Miçel, 10. Pedro Enrike, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Donald Gerrye, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Hücumçular: 9.Dino Ndlovu, 11. Mahir Mədətov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev

Daha çox


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner