"Qarabağ"ın oyunları rəsmən Olimpiya stadionunda

"Qarabağ"ın oyunları rəsmən Olimpiya stadionunda
ÖLKƏ FUTBOLU 30 Avqust 2017 / 21:45 7784
-  A +

“Qarabağ" Çempionlar Liqasının qrupunda ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcəyi dəqiqləşib.

Qol.az-ın Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə,  azarkeşlərin çoxluğunu nəzərə alan klub ev oyunlarını daha çox azarkeş tutumuna malik olan stadionda - Bakı Olimpiya Stadionunda (68500 yerlik) keçirməklə bağlı UEFA-ya müraciətinə cavab gəlib. Qitənin ali futbol qurumu "Qarabağ"ın bu müraciətini təsdiqləyib.

Beləliklə, Ağdam təmsilçisi sentyabrın 27-i Çempionlar Liqasının qrup mərhələsində "Roma"ya qarşı ev oyununu Bakı Olimpiya Stadionunda qəbul edəcək. Matç Bakı vaxtı ilə 20:00-da başlayacaq. "Çelsi" və "Atletiko" ilə ev görüşləri də bu stadionunda keçiriləcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner