2018-ci il dünya çempionatının seçmə mərhələsində Norveç yığması ilə oyun üçün Olsoya yola düşməzdən əvvəll Azərbaycan milli komandasının və “Qarabağ”ın futbolçusu Əfran İsmayılov müsahibə verib. Müsahibəni təqdim edirik.
- Sentyabrın 1-də keçirəcəyiniz səfər oyununda hansı nəticəyə ümid edirsiniz?
- Ağır oyuna gedirik. Şansımız az olsa da, maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Qarşıda iki oyun var. İndi Norveçə gedirik, daha sonra Bakıda San Marino yığması ilə qarşılaşacağıq. Hər iki görüşə ciddi hazırlaşırıq. Bu qarşılaşmalardan 4 xal qazana bilsək, mənim üçün maksimum sayıla bilər. Çünki səfər oyunumuz çox ağırdır. Çalışacağıq ki, orda da 3 xal qazanaq. Lakin Osloda 1 xal da bizim üçün böyük nəticə sayıla bilər.
- “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanması millinin düşərgəsində hiss olunur?
- Bəli, əhval-ruhiyyəyə də müsbət təsir göstərib. Baş məşqçimiz Robert Prosineçki sağ olsun, məşqdən qabaq iclasda “Qarabağ”ın bütün futbolçularını təbrik etdi. Bunun Azərbaycan futbolu üçün böyük uğur olduğunu qeyd etdi.
- Avqustun 24-də Prezident İlham Əliyev “Qarabağ”ın kollektivini qəbul etdi. Bu görüşlə bağlı təəssüratlarınız necədir?
- Prezidentin qəbuluna düşmək bizim üçün böyük şərəfdir. Futbolçu üçün bundan böyük sevinc ola bilməz. Elə bir şəxsin yanına getmişik ki, bu, hamının arzusudur.
- Prezidentlə qısa dialoqunuz barədə nə deyə bilərsiniz?
- Bütün futbolçularla görüşə-görüşə gəldi. Mənə çatanda bir az söhbət etdi. Maraqlı dialoqumuz alındı. Dedi ki, sənə baxıram, izləyirəm, sürət və driblinqin var, amma topu arxada çox saxlama, tez oyna. Həqiqətən mənim üçün çox sevindirici haldır. Prezidentlə görüşmək, onun əlini sıxıb, söhbət etmək futbolçu üçün unudulmaz hisslərdir. Onun bu cür ürəklə danışması mənə stimul verir (“Report”).
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”