Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin sentyabrın 1-də səfərdə Norveç yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl müsahibə verib.
- Milli komandanın hazırlıq səviyyəsindən razısınız?
- Cavid Hüseynovda angina, Ağabala Ramazanovda isə yüngül zədə vardı. Son iki gündə tam heyətlə istədiyimiz proqram üzrə məşq etmişik. Məşqlərdə Hüseynovla Ramazanov da iştirak edib. Bu gün Norveçdə yüngül məşq olacaq. Sabah isə "Ullevaal" stadionunda oyunöncəsi son məşqə çıxacağıq. İndiyədək olan hazırlıq prosesindən razıyam.
- Adətən, oyundan əvvəl start heyəti açıqlayırsınız. Artıq indidən beyninizdə "11-lik" formalaşıb?
- Hələ bir məşq də edəcəyik. Onu da gözləyim, sonra tam qərarımı verəcəyəm.
- "Qarabağ"ın Çempionlar Liqasındakı uğurları milli komandanın düşərgəsindəki əhval-ruhiyyəyə təsir edibmi?
- Bu, təkcə milli komanda üçün yox, bütün Azərbaycan üçün müsbət göstəricidir. Hamı sevinir. Sözsüz ki, bu, milli komandada da hiss olunur.
- Norveçlə qarşılaşmada hansı nəticəyə ümid edə bilərsiniz?
- Bizi çətin oyun gözləyir. Norveç son iki matçında Azərbaycanı məğlub edə bilməyib. Ötən seçmə tsikldə səfərdə 0:0 hesablı heç-heçə, bu dəfə isə evdə 1:0 hesablı qələbə əldə etmişik. Sözsüz ki, bizdən revanş almaq istəyirlər. Bilirəm ki, güclü heyətə malikdirlər. Bizi çətin oyun gözləyir.(Report.az)
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi