“Qarabağ”ın direktoru Əmrah Çəlikəl klubun Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək istəməsinin səbəblərini açıqlayıb.
Ə.Çəlikəl Qol.az saytına deyib ki, onlar öncədən UEFA-ya Tofiq Bəhramov adına Respublika adına Respublika stadionunu sifariş etsələr də, azarkeşlərin böyük marağını nəzərə alaraq, sonradan Bakı Olimpiya Stadionunu seçiblər: “Artıq bununla əlaqədar UEFA-ya müraciət etmişik. İnanırıq ki, onlardan müsbət cavab alacağıq. Çempionlar Liqasında rəqiblərimizi “Tofiq Bəhramov”da deyil, Olimpiya Stadionunda qəbul edəcəyimiz kimi hazırlaşırıq. Azərbaycan dövləti belə bir nəhəng idman arenası tikərək idmançıların, futbolçuların ixtiyarına verib. Bu arenanı tanıtmaq, dünyaya göstərmək “Qarabağ” klubunun vəzifələrindən biridir”.
Ə.Çəlikəl Bakı Olimpya Stadionu rəhbərliyinin onların hər bir müraciətinə həssaslıqla yanaşdığını deyib: “Onlar bizi yaxşı qarşılayıblar. Stadionun oyuna tam hazır olması üçün bizə necə lazımdısa, dəstək olurlar”.
Qol.az-ın “Stadionun ot örtüyündə problemlər olması ilə bağlı məlumatlar var. Bu problemin həlli üçün nə kimi işlər görüləcək” sualına cavab olaraq Əmrah Çəlikəl deyib: “Bununla bağlı ətraflı və dəqiq məlumatı stadionun nümayəndələri özləri verə bilər. Onu deyə bilərəm ki, bu gün həm bizim, həm də stadionunun özünün mütəxəssisləri meydançanın durumunu yoxlayıblar. Bizə söz veriblər və inanırıq ki, “Qarabağ”ın Çempionlar Liqasında ilk ev oyununa kimi meydançanın ot örtüyu ideal vəziyyətə gətiriləcək”.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk ev oyununu sentyabrın 27-də “Roma”ya qarşı keçirəcək.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”