Jurnalist Daumun mətbuat konfransına tilovla gəldi - Video

Jurnalist Daumun mətbuat konfransına tilovla gəldi -  Video
VİDEO 29 Avqust 2017 / 21:45 4576
-  A +

Rumıniya millisinin baş məşqçisi Kristof Daum mətbuat konfransında çətin vəziyyətlə üzləşib.
 
Qol.az-ın xəbərinə görə, almaniyalı mütəxəssisə mətbuat konfransında yerli “Gazete Sporturilor” qəzetinin əməkdaşı tərəfindən balıq tutmaq üçün qarmaq verilib.
 
Jurnalistin bunu etməsinə səbəb, Daumun müsahiblərinin birində həmin qəzetin yalnız balıq bükmək üçün yararlı olduğunu deməsi olub.

Daum jurnalistin “hədiyyə”sini qəbul etməyib. O, əsəbiləşərək deyib: "Bu, komediyadır, yoxsa mətbuat konfransı? Bura futbola görə gəlmisiniz, yoxsa komediyaya baxmağa? Yalan, uydurma əhvalatlar yazmaq istəyirsiniz? Nə vaxt idman jurnalisti olacaqsınız? Sakitləşin, bunun futbolla heç bir əlaqəsi yoxdur".




Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner