Elxan Abdullayev istefa verdi

Elxan Abdullayev istefa verdi
ÖLKƏ FUTBOLU 21 Avqust 2017 / 12:15 4902
-  A +

Elxan Abdullayev bu gün "Neftçi"nin baş məşqçisi vəzifəsindən istefa verib.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.

İstefa ərizəsi ilə "Neftçi” PFK-nın rəhbərliyinə müraciət edən mütəxəssisin ərizəsi qəbul edilib. "Neftçi” PFK Elxan Abdullayevə klub üçün etdiklərinə görə minnətdarlıq edib, ona gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, bu ilin mayın 4-də azarkeşlərin baş məşqçinin istefasını tələb etməsinə baxmayaraq, "Neftçi" rəsmi saytı vasitəsi ilə E.Abdullayevlə yeni 3 illik müqavilə imzaladığını açıqlamışdı.

Xatırladaq ki, Elxan Abdullayevin rəhbərliyi altında “ağ-qaralar” ötən mövsüm Premyer Liqada 7-ci yeri tutub və ölkə kubokunun yarımfınalında “Qarabağ”a uduzaraq avrokuboklara qatıla bilməyib. Bu mövsüm isə onun rəhbərliyi altında “Neftçi” keçirdiyi hər iki matçda - əvvəlcə lider “Qarabağ”, sonra isə debütant “Səbail”ə məğlub olub.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq