“Birinci səfər oyunumuz idi. Gözlədiyimizdən də çətin oyun alındı”.
Qol.az-ın nəlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 2-ci turunda “Qəbələ”yə səfərdə 0:1 hesabı ilə uduzduqların oyundan sonra deyib. O bildirib ki, komandada bəzi futbolçular meydanda yox kimi idilər: “Bu da bizə çətinlik yaratdı. “Qəbələ” üstün idi. Belə olacağını da gözləyirdik. İnanırdıq ki, bütün heyətlə, var gücümüzlə oynasaq, nəsə edə bilərik. Əfsuslar olsun ki, 2-3 nəfərdən istədiyimizi ala bilmədik”.
S.Abasov konkret olaraq Xəyal Nəcəfov və Cavid Tağıyevdən narazı qaldığınə söyləyib: “Həqiqətən də təcrübəli futbolçular da özlərini yaxşı tərəfdən göstərmədilər. Bəlkə də bu, ilk səfər oyunumuz olmağından irəli gəlirdi. Amma ikinci turdu, qlobal problem deyil. Təcrübəli dediyiniz oyunçuların əksəriyyyəti son illər oyun təcrübəsi baxımından əziyyət çəkirdilər”.
S.Abasov qeyd edib ki, “Qəbələ”yə ən azı heç-heçə üçün gəlibmişlər: “Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq. Rəqibin "İnter"lə oyunu da bizə motivasiya vermişdi”.
O, növbəti turda qarşılaşacaqları "Zirə" haqda da danışıb: “Hələ bu oyun barədə düşünmürdüm. "Zirə"nin bugünkü oyununa 70 dəqiqə baxdıq. Növbəti matçla bağlı nəsə demək üçün bir az vaxt lazımdır”.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə