“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının II turunda “Kəpəz”ə Yevlaxda 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
- Bilirdik ki, çətin matç olacaq. Belə çətin şəraitdə inamlı qələbə qazanmağımız bizi çox sevindirir. Futbolçularımız meydanda xarakter, əzmkarlıq göstərdilər. Hava toplarından yaxşı istifadə etdilər, meydanda vuruşdular. Bir sözlə, taktiki düzgün oynadıq. Qol epizodlarından maksimum yararlandıq. Matçboyu əzmkar oynadıq. “Kəpəz”i Yevlaxda da olsa 3:0 hesabı ilə məğlub etmək bizi sevindirir. Çünki bu komandaya səfərdə 2 dəfə uduzmudşuq. Artıq “Kəpəz”lə səfər sindromunu qırdıq. Şans verdiklərim futbolçular da özlərini doğrultdu.
- Hakimlik sizi qane etdi?
- Rəvan Həmzəzadə oyunu normal etdi. Futbolçular kimi o da meydanda çox əziyyət çəkdi. Bu gün futbol mübarizədən ibarət idi. Baş hakim nəticəyə təsir edən edən səhv etmədi. Avropa Liqaısnda hakimləri gördük. Özümüzünkləri dəstək olmalı, qədrini bilməliyik.
- Aranızda yaşanan insidentə rəqib məşqçi Xaliq Mərdanov səbəb oldu?
- Xaliq məndən yaşca böyükdü. Onunla futbolçu dövründə rəqib olmuşuq. Heç bir problemimiz olmayıb. Sadəcə, meydanda topun çıxarılması ilə bağlı anlaşılmazlıq oldu. Oyunda belə hadisələr olur. Hər kəsə hörmət etməliyik.
- Təmkin Xəlilzadəni oyunun qəhrəmanı sayırsınız?
- Təmkimi qəhrəman seçməzdim. Müdafiə xətti, Anar Nəzirov yaxşı oynadı. Taktiki işimizdən razı qaldım. Nicat Qurbanovun qol vuracağını gözləyirdim. Onu bir oyunçu kimi qazanmaq istəyirəm, potensiallı futbolçudur. Neçə həftədir ki, ondan qol gözləyirdim.
- Yevlaxda “Karvan”a qarşı oynamısınız. Həmin oyunu xatırlayırsınız?
- “Karvan” yaxşı yadımdadır. Mükəmməl oyun alınmışdı. 4:3 nəticələnmiş həmin matçı unutmaq olmaz. Çalışmaq lazımdır ki, əyalətdə komandalar olsun. Qaldığımız Mingəçevirdə futbolsuzluq təəssüf doğurur. Hər cür şəarit var. Meydana pis olsa da, Yevlaxda oynamaq bizi sevindirir. Ümid edirəm ki, tezliklə “Karvan” Premyer Liqada olacaq. Baş məşqçi Kənan Kərimov da çalışır. Onlara uğurlar arzulayıram (sport24.az).
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə