Bizim üçün vacib oyun idi. Çətinliklərimiz olsa da, futbolçular sona kimi mübarizə apardılar. Əsas odur ki, 3 xal əldə etdik. “İnter”ə gələn oyunlarda uğurlar arzulayıram".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın ikinci turunda "İnter"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Əvəzetmələri oyunun gedişinə uyğun fikirləşdiniz?
- Düzü, bir əvəzetməni əvvəlcədən planlaşdırmışdım. Digərlərini isə oyunun gedişinə uyğun olaraq etdim.
- Sizcə, bu oyun daha çətin idi, yoxsa “Kopenhagen”lə?
- Məncə, pis oynamadıq. Bu gün şans qazanan futbolçularda oyun təcrübəsi az idi. Belə olanda, istər-istəməz çətinliklər olur. Yaxşı fürsətlərimiz oldu. Bəzi texniki səhvlər etsək də, ümumilikdə yaxşı oynadıq. Amma daha yaxşı ola bilərdi.
- Yakub Jezniçakın ilk “23”-lükdə olmamasının səbəbi nə idi?
- Ansi Aqolli ilə Jezniçaka istirahət vermişdim.
- Komanda oyunun gedişində üçlü müdafiəyə keçdi...
- Biz əvvəllər də belə edirdik. Komanda hücumda olanda geridə 3 müdafiəçi qalır.
- Qapıçılarla bağlı rotasiyanı avrokuboklarda da görəcəyik?
- Qapıçıların təcrübə toplaması əsasdır. Çalışacağam ki, ikisinə də şans verim.
- Düşünmürsünüz ki, Əfran bugünkü qolla özünə gəldi?
- Bilmirəm, Əfranı kim tənqid edir. Onlar nədən narazıdılar? Bizdə bu dəb halını alıb. Bir nəfər fikir bildirir, hamı həmin şəxsin üzərinə düşür. Buna normal baxıram. Belə şeylərə fikir verməməliyik. Ola bilər, bundan iki-üç ay sonra qol vursun. Bu gün Əfran komandaya faydalıdır deyə burdadır. Mən sosial şəbəkələrə girmirəm. Yəqin bu sözləri yazanların həmin vaxt kefləri yerində olur (gülür). Yenə deyirəm, bu gün Əfan komandaya faydalı oyunçudur. Ötən mövsüm də bizim üçün bir neçə faydalı qol vurub. Elə kubokun finalında da meydanda ən yaxşılardan idi.
- Mahir Mədətov son vaxtlar formadadır. Onun mətbuatın gündəmində olması sizi narahat etmir ki?
- Təsəvvür edin, mən futbolçuları oyunlara hazırlamaqla yanaşı, sosial şəbəkədəki fikirlərdən də qorumalıyam. Həmişə çalışıram ki, futbolçularım belə şeylərdən uzaq olsunlar. Futbolçu psixologiyası elədir ki, 99.9 faizi belə hallarda “ulduz xəstəliyi”nə tutulur. Bir çox oyunçu olub ki, şan-şöhrət onların karyerasına ziyan vurub. Bu gün mən Mahirə görə narahatam. “Kopenhagen”lə oyunda qol vurduqdan sonra əvvəlki oyunun 50 faizini oynamadı. Buna görə gənc oyunçularımızın bu cür reklam olunmasına qarşıyam. Hər şeyin həddi var. Elə ola bilər ki, mən də onlarla fərdi söhbətlərdən yorulum.
- Vacib oyunlardan öncə futbolçulara sosial şəbəkələrdən istifadə qadağası tətbiq edilə bilər?
- Olur ki, futbolçu özü bununla maraqlanır. Dəfələrlə futbolçulara müsahibə verməyi qadağa etmişəm. Ancaq buna nəzarət etmək çox çətindir. Təəssüf ki, bizim hətta ən bacarıqlı futbolçularla bağlı belə problemlər olub.
- “Kopenhagen”in stadionundakı atmosfer sizi qorxutmur ki?
- Bizim dəfələrlə çətin oyunumuz olub. Hətta elə olub ki, oyun zamanı böyük təzyiqlə üz-üzə qalmışıq. Çalışacağıq ki, komanda soyuqqanlı olsun. İlk dəfə deyil ki, belə stadionda oynayacağıq. Həyəcan olacaq. Ancaq bu məsələ ilə bağlı futbolçularla danışacam.
- İlk dəfədir ki, Azərbaycan klubu Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığındadır. Bu, komandaya psixoloji cəhətdən necə təsir edir?
- Psixoloji amil əsasdır. Bu yolda daim çalışırıq. “Kopenhagen”lə oyun üçün bir az daha artıq çalışacağıq.
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu
Braziliya Norveç tilsimini qıra biləcək?
"Zirə" afrikalı oyunçu transfer etdi
"Real"ın ilk tur matçı təxirə salına bilər
"Fənərbaxça"dan kapitanla bağlı qərar - Rəsmi
"Real" növbəti transferini açıqladı
Klopp Almaniya millisinin baş məşqçisi olacaq
Azərbaycan cüdoçusu Praqada gümüş medal qazandı
"Kəpəz"in daha bir rəqibi müəyyənləşdi
Fransanı 1/4 finala yüksəldən qələbə - Video
Duqlas Kostanın yeni klubu bilindi
“Mbappe əlimi sıxmaqdan imtina etdi” - Video
Ançelotti Norveç millisini təriflədi
Adi top azlıq etdi, XXL gətirdilər - Video
“Vestri” “Qarabağ”la oyundan əvvəl xal itirdi
Mərakeşin böyükhesablı qələbəsi - Video
İngiltərə millisi gücləndirilmiş mühafizə altında
DÇ-2026: Braziliya Norveçə qarşı
Mbappe Messini keçdi - Bombardirlik yarışı
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
Paraqvay – Fransa matçının start heyətləri açıqlandı
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər