“Belə oyundan sonra danışmaq çətindir. Uduzmalı oyun deyildi. Təəssüflər olsun ki, bu stadionda keçən il AZAL-la oyunda olduğu kimi yenə də sonda qol buraxdıq. Komanda qol vurmağı çox istəyirdi. Buna görə də sonda konsentrasiya itdi. “Səbail” yaxşı komandadır. Çox rəqibdən xal alacaqlar. Bu gün bizə də istədiyimiz oyunu göstərməyə imkan vermədilər”.
Qol.az-ın futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev “Səbail”ə Premyer Liqanın 2-ci turunda 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Razısınız ki, bu gün “Neftçi” qələbəyə layiq deyildi?
- Epizodlarımız var idi. Amma ustalıq çatışmadı. Rəhman təkbətək qaldığı epizodda hesabı açsaydı, nəticə tam fərqli olardı.
- İkinci turda istefa şüarını eşitmək sizə nə dərəcədə təsir edir?
- Heç kim istəməz ki, istefa şüarını eşitsin. Mənim yerimdə olsaydınız, sizə də pis təsir edərdi. Azarkeşlər haqlırdılar. Onları başa düşürəm və qəbul edirəm.
- “Neftçi”nin problemi nədədir?
- Yalnız psixologiyada. “Neftçi”nin oyunçuları bu gün “Səbail”in futbolçularından üstündürlər. Amma meydanda xarakter, psixologiya öz sözünü deyir. Yəqin ki, fərdi olaraq düzgün hazırlıq aparmırıq.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video