Kintananın son durumu - "Qarabağ" açıqladı

Kintananın son durumu -  "Qarabağ" açıqladı
ÖLKƏ FUTBOLU 12 Avqust 2017 / 19:25 10947
-  A +

Topaz Premyer Liqanın ilk turunda “Neftçi” ilə oyunda zədələnərək meydanı tərk edən “Qarabağ”ın futbolçusu Dani Kintananın son durumu bəlli olub.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ispaniyalı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçib və onun əzələsinin dartılması müəyyən edilib.

Bu səbəbdən Dani Kintana təxminən 3 həftə sonra məşqlərə start verəcək.

Xatırladaq ki, zədəsini yenicə sağaldan Kintana 6 aydan sonra meydana qayıtmışdı.

Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner