AFFA-nın Klublar Komitəsinin (KK) sədri və "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev qurumun bu gün baş tutan iclasından sonra brifinq keçirib.
- Gündəlikdə duran məsələlər barədə hansı müzakirələr aparıldı?
- İclas çox maraqlı keçdi, gündəlikdə 4 məsələ vardı. Əvvəlcə Premyer Liqa klublarından ikisinin – “Səbail” və “Kəpəz”in ev oyunlarını keçirdikləri stadionlarda təmir işləri getməsini danışdıq. Çıxış yolu kimi həmin komandaların rəqiblərini başqa stadionlarda qəbul etmələrinə dair fikir söylənildi. Yəqin ki, bu cür də olacaq.
- Yəni həmin klublar ilk dövrədəki oyunları rəqiblərlə yerdəyişmə edərək səfərdə keçirməyəcəklər?
- Böyük ehtimalla yox. Başqa stadionlarda oynayacaqlar. Bu praktika əvvələr də olub. Kimin harada oynayacağını bilmirəm. Bu barədə təkliflər verilməyib. Klublar özləri çıxış yolu tapacaq.
- Gündəlikdə duran digər məsələ Premyer Liqa və ölkə kuboku uğrunda yarışlarda oyun protokoluna 23 futbolçunun daxil edilməsi idi...
- Klubların bu məsələ ilə bağlı mövqeyi belə idi ki, “23-lüy”ə iki nəfər 19 yaşadək futbolçu daxil edilsin. Bununla da onlar gələcək üçün hazırkı reqlamentə uyğunlaşacaqlar. Yəni onlar hazırda meydanda olmalı olan 1 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşını əvəzləyəcəklər.
- Bəs, U-19 liqasında formatın dəyişdirilməsi təklifi ilə bağlı nə deyə bilərsiniz?
- Bu təklifi AFFA verib. Məsələnin məğzi oyunlar zamanı UEFA-nın qoyduğu yaş limitinin tətbiq olunmasıdır. Bildiyiniz kimi, bu il U-19 liqasının qalibi “Sumqayıt” klubu olub və komandanın heyətində 1998-ci il təvəllüdlü futbolçular çıxış edib. Halbuki UEFA Gənclər Liqasının yeni mövsümü üçün 1999-cu il təvəllüdlü futbolçular tələb olunur. Bu da böyük problemlər yaradır. Çünki bir il ərzində püxtələşmiş kollektivdə dəyişikliklər baş verir. Bu məsələ ilə bağlı klublar bir həftə ərzində təkliflərini verəcəklər. Bundan sonra AFFA ilə danışıqlarımız olacaq. Yəqin ki, ayın sonuna qədər real addım atılacaq. Gündəlikdə duran digər məsələ xarici ölkədə doğulan və xarici ölkənin vətəndaşı olan, etnik baxımdan Azərbaycana hər hansı bağlılığı olan (FİFA qaydalarına müvafiq) futbolçuların klublarımızda qeyri-legioner statusu ilə çıxış etməsi idi. Yəni burda söhbət milli komandadan və ya vətəndaşlıqdan getmir. Xaricdə doğulan və ya ailəsi ilə sonradan xaricə köçən azərbaycanlıların legioner statusu daşımaması təklif olunur. Məsələn, İspaniyada ispandilli ölkələrin futbolçuları legioner sayılmır. Biz də reallığı bilirik. Bu güzəştin tətbiqi üçün ölkəyə dəvət edilən futbolçunun səviyyəsi yüksək olmalıdır.
- Bu məsələnin bir az problemli olduğunu düşünmürsünüz?
- FİFA-nın bəlli standartı var. Millidə çıxış etmək üçün bir neçə şərtlər mövcudur. Məsələn, yaxınlarda Azərbaycan yığmasına cəlb olunan Riçard Almeyda şərtlərin birinə əməl edib, 5 il ölkəmizdə yaşayıb. Həmçinin futbolçunun özü, valideynləri, nənə və ya babası Azərbaycanda doğulubsa, bu, ona yığmada çıxış etmək imkanı yaradır. Biz də kiminsə saxta sənəd təqdim etməklə legioner sayılmasını istəmirik. Bu, hələlik niyyətdir. Belə olan halda biz Ramil Şeydayev kimi futbolçuları daha tez tapıb, yığmaya gətirə bilərik.
Mənbə: report.az
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu
Braziliya Norveç tilsimini qıra biləcək?
"Zirə" afrikalı oyunçu transfer etdi
"Real"ın ilk tur matçı təxirə salına bilər
"Fənərbaxça"dan kapitanla bağlı qərar - Rəsmi
"Real" növbəti transferini açıqladı
Klopp Almaniya millisinin baş məşqçisi olacaq
Azərbaycan cüdoçusu Praqada gümüş medal qazandı
"Kəpəz"in daha bir rəqibi müəyyənləşdi
Fransanı 1/4 finala yüksəldən qələbə - Video
Duqlas Kostanın yeni klubu bilindi
“Mbappe əlimi sıxmaqdan imtina etdi” - Video
Ançelotti Norveç millisini təriflədi
Adi top azlıq etdi, XXL gətirdilər - Video
“Vestri” “Qarabağ”la oyundan əvvəl xal itirdi
Mərakeşin böyükhesablı qələbəsi - Video
İngiltərə millisi gücləndirilmiş mühafizə altında
Mbappe Messini keçdi - Bombardirlik yarışı
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
Paraqvay – Fransa matçının start heyətləri açıqlandı
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi