“Barselona”nın hücumçusu Neymar PSJ-yə keçəcəyi halda Paris klubunun sahibi olan “Qatar Sports Investments” şirkəti ilə müqavilə bağlayacaq.
Qol.az-ın İspaniyanın “Mundo Deportivo” qəzetinə istinadən yaydığı xəbərə görə, müqaviləyə əsasən, Neymar 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının səfiri olacaq. O, müqavilənin bağlandığı müddətdən dünya çempionatının yekunlaşacağı günə qədər olan 5 il ərzində ümumən 300 milyon avro (ilinə 60 milyon avro) qazanacaq.
İddia olunur ki, Neymar bu gün Çinə, oradan isə Qətərə yola düşəcək. Qəzet iddia edib ki, braziliyalı futbolçu bundan sonra Kataloniya klubunun düşərgəsinə qayıtmayacaq.
Niderland da 100-ü keçdi
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır