"Sumqayıt" Türkiyədən qayıtdı

"Sumqayıt" Türkiyədən qayıtdı
XƏBƏR 29 İyul 2017 / 16:42 1406
-  A +

Türkiyənin Bolu bölgəsindəki hazırlıq prosesini başa vuran “Sumqayıt” vətənə qayıdıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyulun 29-u səhər saatlarında qardaş ölkəni tərk edən komanda artıq Bakıya çatıb.

Baş məşqçi Samir Abasovun planına əsasən futbolçular 3 gün müddətində istirahət edəcək. “Sumqayıt”  avqustun 1-dən etibarən "Kapital Bank Arena"da Topaz Premyer Liqasının 1-ci turunun hazırlığına başlayacaq.

Son xəbərlər
topaz banner