“Beşiktaş”da itki – 6 ay oynamayacaq

“Beşiktaş”da itki –  6 ay oynamayacaq
XƏBƏR 28 İyul 2017 / 15:32 3779
-  A +

Yeni mövsümə İspaniyada hazırlaşan Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.

Qol.az-ın “Fnatik”ə istinadən yaydığı xəbərə görə, komandanın müdafiəçisi Atınç Nukan ciddi zədə alıb.

Səhər məşqi zamanı 24 yaşlı futbolçunun dizindəki çarpaz bağlar qopub. Yaxın günlərdə əməliyyat olunacaq Nukanın 6 ay meydana çıxa bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, 2015-ci ildə “Leyptsiq”ə transfer olunan futbolçu iki movsümdür “Beşiktaş”da icarədə əsasında çıxış edir.

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə