"Neftçi" azarkeşlərdən dəstək istədi (FOTOSESSİYA)

XƏBƏR 25 Mart 2010 / 11:41 2079
-  A +

“Neftçi” futbol klubunun rəhbərliyi “Flaqman” Azad Azarkeşlər klubu ilə görüş keçirib. Qol.Az-a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, tədbirə klubun vitse-prezidenti Tahir Süleymanov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu və digər rəsmilər qatılıb. Klub prezidenti Sadıq Sadıqovun bayram təbrikini azarkeşlərə çatdıran rəsmilər, tərəfdarlara martın 27-də keçiriləcək “Xəzər-Lənkəran”la oyunda, həmçinin növbəti görüşlərdə də komandanı həmişə olduğu kimi dəstəkləməyi xahiş ediblər. “Ağ-qaralar”a könül vermiş bir çox tərəfdarın qatıldığı görüşdə fanatlara “Neftçi”nin 70 illiyinə həsr edilmiş “Unudulmayan keçmiş” kitabı hədiyyə edilib.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı