“Qarabağ”da növbəti oyunu gözləməyə səbrim çatmır” – Kuba

“Qarabağ”da növbəti oyunu gözləməyə səbrim çatmır” – Kuba
XƏBƏR 13 İyul 2017 / 14:01 9470
-  A +

“Qarabağ”dakı ilk oyunumuz artıq geridə qaldı. Çox sevinirəm ki, 5:0 hesabı ilə qalib gəldik”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın yeni legioneri Kuba (Yakuz Jezniçak)  özünün Feysbuk səhifəsində yazıb. 30 yaşlı polşalı müdafiəçi Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Samtredia”ya qarşı ilk oyununda debüt edib.

Kuba komandasına və azarkeşlərə ona verdiyi dəstəyə görə təşəkkür edib: “Növbəti oyunu gözləməyə səbrim çatmır”.


Son xəbərlər
topaz banner