Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Azərbaycanda yeni – Bakı Futbol Liqası (BFL) adlı həvəskar futbol liqası yaradılıb.
Liqanın təsisçisi Ramil Vəliyev müsahibəsində rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb.
- Bakı Futbol Liqası həvəskar komandaları bir araya toplasa da, işində peşəkar prinsiplərə söykənib. Peşəkar məsuliyyət, işə yanaşma tərzi və iştirakçılarla şirkət arasındakı bağlılıq artıq indidən yeni futbol erasının BFL ilə başlayacağına şübhə yaratmır. Buna görə də bu yöndə bəhrələnmək istəyən hər bir komanda Bakı Futbol Liqasına üz tutacaq.
- Bakı Futbol Liqasının keçirəcəyi yarış barədə nə kimi məlumat verə bilərsiniz?
- BFL yarışlarında meydanda hər komandadan 8 oyunçu mübarizə aparır. Təbii ki, bu da dünyadakı mövcud standartlar və reqlament əsasında təşkil olunur. Meydan ölçüləri də standartlara uyğun dəyişdirilib. Qeydiyyatdan maksimum 15 oyunçu keçirilə bilər. Liqada 20 komanda iştirak edir və hər komanda bir-biri ilə iki dəfə olmaqla (ev/səfər) ümumi 38 oyun keçirir. Mövsüm sentyabr-iyun aylarını əhatə edir.
- BFL-ə qoşulmaq üçün ilkin tələb olunanlar nələrdir?
- Komandanın loqosu və vahid formasının olması mütləqdir. Komanda kapitanı komanda üzvlərinin lazımi sənədlərini bizə təqdim etməlidir. Növbəti mərhələdə isə ödəniş olunur.
- Əvvəllər peşəkar futbolla məşğul olan oyunçuların qeydiyyatında hansı məhdudiyyətlər var?
- Həvəskar komandalar üçün nəzərdə tutulan bir layihə olduğundan təbii ki, müqaviləsi davam edən və aktiv peşəkar futbol fəaliyyəti olan şəxslər qeydiyyata alınmayacaq. Lakin bununla belə məhdudiyyətlər iştirakçıların ürəyincədir. BFL-dən qeydiyyatdan keçənə qədər peşəkar futbolla vidalaşmış şəxslər bizə qoşula bilərlər.
- Bizdə olan məlumata görə BFL-ə qoşulmaq üçün komandalar 3000 AZN ödəniş etməlidir. Bu məbləğin çox olduğunu düşünənlər az deyil.
- Heç kimə sirr deyil ki, daha üstün xidmət daha çox maddiyyat tələb edir. Bizdə isə daha çox üstünlük komandaların ödənişi üzərinə qurulmayıb. Bəli, ilk görünüşdən 3000 AZN insanları yanılda bilər. Lakin iştirakçılarımız hesablama apardıqda gerçəyi görməyə başlayırlar. Hesablayaq, 15 oyunçu qeydiyyatdan keçir. 3000:15= 200 AZN (hər oyunçu 9 ay (38 oyun) futbol oynamağa 200 AZN sərf edir). 200:38= 5,26 AZN (hər oyunçu 1 oyuna 5 manat 26 qəpik sərf edir). Bildiyimiz kimi hər bir futbol həvəskarı yoldaşları ilə normal futbol meydanında sadəcə bir oyuna 5 AZN-dən çox sərf edir. Bundan fərqli olaraq Bakı Futbol Liqasında inanılmaz mükafatlar və peşəkar xidmətlərlə birlikdə 1 oyuna 5.26 AZN düşür.
- Həqiqətən də hesabladığımızda məbləğin əslində çox münasib olduğu görünür. Bəs, BFL-ə qoşulma şansını əldə edən və çempion olan komandaları nələr gözləyir?
- Mükəmməl mükafatlandırma mərasimi və mükafatlar! BFL peşəkar ab-havanı ölkə daxilində hüdudlandırmır. BFL çempion komandanı bütün maddi xərclər (uçuş, rezerv, hoteldə yerləşmə, qidalanma, turnirdə iştirak, şəhər gəzintisi və s.) ödənilməklə xaricə - “Kontinental Futbol Liqası”na Azərbaycanı təmsil etməyə göndərəcək. Burada komanda bir sıra Avropa, Asiya və Afrika ölkələrinin çempionları ilə mübarizə aparacaq. Ümumi mükafatlar isə belədir: 1-ci yer: “Kontinental Futbol Liqası”na vəsiqə / 10 000 AZN pul mükafatı, diplom, medal; 2-ci yer: Diplom, medal, pul mükafatı, (sponsordan dəst forma); 3-cü yer: Diplom, medal, pul mükafatı, (sponsordan dəst forma).
- Bakı Futbol Liqasının üstünlükləri haqqında son olaraq nə əlavə etmək istərdiniz?
- BFL-də oyunlar peşəkar hakimlər tərəfindən idarə olunur. Peşəkar video və foto çəkiliş isə ictimaiyyətin oyunları asanlıqla izləməsinə şərait yaradır. Oyunları “İdman TV” şərhçiləri xüsusi olaraq şərh edəcək. Oyun icmallarının “İdman TV”də yayımlanması nəzərdə tutulur. Oyunlar zamanı zərurət yaranarsa futbolçulara tibbi xidmət göstəriləcək. Bunun üçün həkimlər ayrılacaq. Komanda nümayəndələri və onların texniki işçiləri yalnız BFL-in təqdim etdiyi akkreditasiyalar vasitəsilə əraziyə giriş əldə edə bilərlər. Tərəfdarlar isə onlar üçün təşkil etdiyimiz tribunalardan oyunları izləyə bilərlər. Futbol aləminin dərinliklərindəki həyacanı yaşamaq istəyən komandalara qapımız həmişə açıqdır. Daha cəld hərəkət edib qeydiyyatdan keçən ilk 20 komanda bu əsrarəngizliyin içində olacaqlar. Ətraflı məlumat üçün əlaqə nömrələrimiz belədir:
050 6712005
051 8880005
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi