“Arsenal” uduzdu, “Liverpul” - “Çelsi” oyununda heç-heçə

“Arsenal” uduzdu, “Liverpul” - “Çelsi” oyununda heç-heçə
GÜNDƏM 1 Fevral 2017 / 01:53 4679
-  A +

İngiltərə Premyer Liqasında 23-cü tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.

Turun mərkəzi oyununda “Liverpul” öz meydanında “Çelsi”ni qəbul edib. İlk yarıda hesabı açan “Çelsi” fasilədən sonra qapısında qol görüb. Antonio Kontenin komandası qələbəyə yaxın olsa da, Dieqo Kosta penaltidən yararlana bilməyib.

“Arsenal” doğma divarlar arasında “Uotford”u sınağa çəkib. İlk 13 dəqiqədə qapısında 2 qol görən “topçular”ın gücü yalnız buraxılan qollardan birinin əvəzini çıxmağa yetib.

“Tottenhem” səfərdə “Sanderlend”in qonağı olub. London klubu ardıcıl ikinci görüşündə meydandan 1 xal ayrılıb.

Son çempion “Lester” yenə uduzub. Son 4 oyunda qola həsrət qalan Klaudio Ranyerinin komandası ardıcıl üçüncü dəfə xal qazana bilməyib.

İngiltərə Premyer Liqası

23-cü tur

31 yanvar

“Arsenal” - “Uotford” 1:2
Qollar:
Kaboul, 10 (0:1), Deeney, 13 (0:2),  İvobi, 58 (1:2),

“Bornmut” - “Kristal Palas” 0:2
Qollar:
Dann, 47, Benteke, 90+2

“Bernli” - “Lester” 1:0
Qol:
Vokes, 87

“Midlsbro” - “Vest Bromviç” 1:1
Qollar:
Morrison, 8 (0:1), Neqredo, 17-pen (1:1)

“Sanderlend” - “Tottenhem” 0:0

“Suonsi” - “Sautgempton” 2:1
Qollar:
Mavson, 38 (1:0), Lonq, 57 (1:1), Siqurdsson, 70 (2:1)

“Liverpul” - “Çelsi” 1:1
Qollar:
David Luiz, 24 (0:1), Vijnaldum, 57 (1:1)

1 fevral

“Vest Hem” - “Mançester Siti”

“Mançester Yunayted” - “Hall Siti”

“Stok Siti” - “Everton”

Qeyd edək ki, 23 oyundan 56 xalı olan “Çelsi” Premyer Liqanın vahid lideridir. 47 xalı olan “Tottenhem” ikinci, “Arsenal” üçüncü yeri tutur.

“Liverpul” 46 xalla dördüncü, “Mançester Siti” 43 xalla beşinci, “Mançester Yunayted” isə 41 xalla altıncı pillədə qərarlaşıb. Mançester klubları 1 oyun az keçirib.

Daha çox


Son xəbərlər