“İndiyədək onlar nə AFFA prezidenti, nə vitse-prezidentlər, nə də mənimlə görüşüblər”
AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyənin "Bursaspor" klubu rəsmilərinin Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə anlaşdıqlarına dair açıqlamalarına münasibət bildirib. Qol.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, federasiya rəsmisi vurğulayıb ki, belə bir anlaşmanın əldə olunduğu barədə məlumatlar həqiqətə uyğun deyil.
Onun sözlərinə görə, "Bursaspor" və AFFA rəhbərliyi arasında heç bir görüş olmayıb: "İndiyədək onlar nə AFFA prezidenti, nə vitse-prezidentlər, nə də mənimlə görüşüblər. Hətta bizimlə əlaqə də saxlamayıblar, görüşə təşəbbüs də göstərməyiblər. Heç bir görüş olmadığı halda, bizə də maraqlıdır ki, niyə bu cür açıqlamalar veriblər? Sadəcə, mətbuatda onların açıqlamalarını gördükdən sonra özüm Prosineçkiyə zəng etdim. O, "Bursaspor" rəsmiləri ilə görüşdüyünü, amma AFFA ilə 2017-ci ilin sonunadək müqaviləsinin olduğunu bildirərək, təklifi qəbul etmədiyini söylədi".
E.Məmmədov bildirib ki, R.Prosineçkiyə təkliflərin gəlməsi və baş məşqçinin onunla maraqlananlarla görüş keçirməsi normaldır: "Prosineçki "Bursaspor" rəsmiləri ilə görüşə getməmişdən əvvəl bizə bu barədə məlumat vermişdi. Hər bir futbolçu və məşqçiyə təklif ola bilər. Amma Prosineçkinin özü də mətbuata açıqlamasında AFFA ilə ilin sonunadək müqaviləsinin olduğunu və hazırda Azərbaycan yığmasının martın 26-da Almaniya ilə keçirəcəyi dünya çempionatının seçmə oyununu düşündüyünü söyləyib. Yəni, bu məsələ bizim üçün qapanıb".
Qeyd edək ki, Robert Prosineçki ilə 2014-cü il dekabrın 3-də 3 illik müqavilə bağlanılıb. "Bursaspor" bir neçə gün öncə istefaya göndərdiyi Hamza Hamzaoğlunun əvəzinə yeni baş məşqçi axtarışındadır.
Qol VAR idimi? “Turan Tovuz”dan etiraz - Video
"Neftçi"dən böyükhesablı qələbə, Tovuzda heç-heçə
“Neftçi” - “Araz-Naxçıvan” matçında fasilə yarandı
"Turan Tovuz" - "Şamaxı" matçından - Video
Salah dubl etdi, "Trabzonspor" qələbə qazandı
"Bu kluba 20 ilimi vermişəm, qəzəbi başa düşürəm"
“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev
“Düzgün oyun nümayiş etdirdik” - Azər Bağırov
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
“Neftçi” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı
1 avtoqol, 1 qırmızı vərəqə, böyükhesablı qələbə
Haaland yubiley oyununa yeni stili ilə çıxdı - Şəkil
“Mançester Siti”dən 18 ildən sonra ilk
DÇ-də oynadı, 100 milyonluq transfer təklifi aldı
“Turan Tovuz” - “Şamaxı”: Heyətlər
"Çelsi"nin futbolçusu "Napoli"yə keçdi
Başından xəsarət alan Kerem Aktürkoğlunun durumu açıqlandı
Azərbaycan millisinin bütün üzvləri medal qazandı
Darvin Nunyes klubunu dəyişdi
"Atletiko"dan ayrılıb "Barselona"ya keçmək istəyir
Məşhur hakim “Sabah”ın həlledici oyununda!
Mourinyo "Real"ın bazasında gecələyir
Qoretzka bu klubla razılaşdı
Kapitan 2 oyundur ehtiyatdadır! Səbəb nədir? - Video
"Real" mövsümə qələbə ilə başladı - Video
"Bavariya" 12-ci dəfə Almaniya Superkubokunu qazandı
"Fənərbaxça" və "Samsunspor"dan qələbə
Rəşad Sadıqov: “Mütləq heyətimizi genişləndirməliyik”
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
Rüfət oynadı, komandası uduzdu
“Zirə” və "Şəfa"dan qələbə
Azarkeşin halı pisləşdi, matç dayandırıldı
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
“Bu heyətlə məqsədimizə çata bilərik” - Zaur Həşimov
"Tottenhem"in tarixinə düşdü
“Fənərbaxça”dan Taliska açıqlaması
“Zirə” - “İmişli” matçının heyətləri açıqlandı
“Belə meydanda istədiyimiz futbolu oynamaq çətindir”