Qurbanov və Qriqorçuk dünya reytinqində irəlilədi

Qurbanov və Qriqorçuk dünya reytinqində irəlilədi
GÜNDƏM 27 Dekabr 2016 / 14:42 3840
-  A +

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın "World Coach Ranking" saytına istinadən yaydığı xəbərə görə, siyahıda Azərbaycandan iki məşqçinın adı yer alıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən həftə ilə müqayisədə 2 pillə irəliləyib. Hesabında 1361 xal olan Qurbanov cədvəldə 458-cidir.

“Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk isə 1 pillə irəliləyərək 852  xalla 642-ci  yerdə qərarlaşıb.
 
Qeyd edək ki, siyahıya “Barselona”nın çalışdırıcısı Luis Enrike başçılıq edir. Zinəddin Zidan (“Real”) ikinci,  Dieqo Simeone (“Atletiko”)  isə üçüncüdür.

Daha çox


Son xəbərlər