“Vətən üçün darıxmayan adam nadandır. Vətəni düşünməyən adamın şəxsiyyəti olmaz".
Bunu Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Portuqaliyanın "Boavişta" klubundan ayrılacağı barədə açıqlamasına aydınlıq gətirərkən deyib.
30 yaşlı qapıçı həmin açıqlamasına verilən mənfi reaksiyalara sərt münasibət bildirib: "Bəziləri yazır ki, Kamran "papa uşağı"dır. Belə şeylər yazan şəxsiyyətsizdir. Bəli, atam üçün darıxıram. Adam atası üçün darıxmaz? Atam mənə deyir ki, ailə qurmaq lazımdır. Ömrünün çox hissəsini yaşayan adamdır. Əlbəttə, onun üçün darıxacağam. Mən komandasız qalanda gülürdülər. Amma indi hər kəs bir fikir bildirir. Deyirlər bizimkilər belədir-elədir. Nə olub bizimkilərə?"
Təcrübəli qolkiper "Neftçi"yə keçəcəyi barədə xəbərlərə də toxunub: "Mən deməmişəm ki, "Neftçi"yə gəlirəm. Futbolçusansa, hər bir klubdan təklif ola bilər. Böyük klublardan təkliflər var. Amma şəxsi həyatımı daha çox istəyirəm. Həm darıxmışam, həm də istirahət etmək istəyirəm. Azərbaycanda oynayıb-oynamayacağımı deyə bilmərəm. Nə vaxt rəsmi nəsə olar, o zaman bu haqda danışa bilərəm. 10 il müqaviləsi olan futbolçunu da istəyirlər, təklif göndərirlər. Görürsən ya alınır, ya yox. Bəziləri deyir ki, mən Vətəni niyə düşünüm, Vətən məni düşünmür. Vətən səni yox, sən Vətəni düşünməlisən. Belə fikirlər səsləndirənlər normal adamlar deyillər. Yerin harda olsa da, Vətəni düşünməli, Vətən üçün darıxmalısan. Mən demirəm ki, ailə quracağam. Hazırda müqavilə ilə "Boavişta"ya məxsusam. Ailə qurmaq ciddi məsuliyyətdir. Lap ailəli olsan da, gedib Avropada qalmaq mümkündür. Məsləhət vermək olar, amma ağıl öyrətmək olmaz".
K.Ağayev "Sumqayıt"da çıxış edə biləcəyini də söyləyib: "Mən "Sumqayıt"ı çox istəyirəm. Çünki komandasız qalanda "Sumqayıt" üzümə qapı açdı. Bəlkə də hamısı edərdi, amma nəticə odur ki, "Sumqayıt" bunu etdi. Qayıdıb orada da oynayaram. İşləyən adamların arxasınca danışırlar. Mən Vətənim üçün darıxıb gəlmişəm. Çünki mən futbolu pula görə oynamıram. Şükür ki, hər şeyim var" (report.az).
Qol VAR idimi? “Turan Tovuz”dan etiraz - Video
"Neftçi"dən böyükhesablı qələbə, Tovuzda heç-heçə
“Neftçi” - “Araz-Naxçıvan” matçında fasilə yarandı
"Turan Tovuz" - "Şamaxı" matçından - Video
Salah dubl etdi, "Trabzonspor" qələbə qazandı
"Bu kluba 20 ilimi vermişəm, qəzəbi başa düşürəm"
“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev
“Düzgün oyun nümayiş etdirdik” - Azər Bağırov
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
“Neftçi” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı
1 avtoqol, 1 qırmızı vərəqə, böyükhesablı qələbə
Haaland yubiley oyununa yeni stili ilə çıxdı - Şəkil
“Mançester Siti”dən 18 ildən sonra ilk
DÇ-də oynadı, 100 milyonluq transfer təklifi aldı
“Turan Tovuz” - “Şamaxı”: Heyətlər
"Çelsi"nin futbolçusu "Napoli"yə keçdi
Başından xəsarət alan Kerem Aktürkoğlunun durumu açıqlandı
Azərbaycan millisinin bütün üzvləri medal qazandı
Darvin Nunyes klubunu dəyişdi
"Atletiko"dan ayrılıb "Barselona"ya keçmək istəyir
Məşhur hakim “Sabah”ın həlledici oyununda!
Mourinyo "Real"ın bazasında gecələyir
Qoretzka bu klubla razılaşdı
Kapitan 2 oyundur ehtiyatdadır! Səbəb nədir? - Video
"Real" mövsümə qələbə ilə başladı - Video
"Bavariya" 12-ci dəfə Almaniya Superkubokunu qazandı
"Fənərbaxça" və "Samsunspor"dan qələbə
Rəşad Sadıqov: “Mütləq heyətimizi genişləndirməliyik”
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
Rüfət oynadı, komandası uduzdu
“Zirə” və "Şəfa"dan qələbə
Azarkeşin halı pisləşdi, matç dayandırıldı
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
“Bu heyətlə məqsədimizə çata bilərik” - Zaur Həşimov
"Tottenhem"in tarixinə düşdü
“Fənərbaxça”dan Taliska açıqlaması
“Zirə” - “İmişli” matçının heyətləri açıqlandı