Azarkeş baxışı
Adətən, il tamam olanda çevrilib arxaya baxmaq lazım gəlir. Edilənləri qiymətləndirməyin, ediləcəkləri müəyyənləşdirməyin ən yaxşı yolu budur. İdman bütün ictimai sahələrdən daha çox ictimaiyyətin (azarkeşlərin, jurnalistlərin, idman adamlarının və sair) diqqət mərkəzindədir. İdman haqqında dediyimizi bir başqa şəkildə futbola da şamil edə bilərik. Çünki futbolun ölkəmizdə bütün idman növlərindən populyar olması faktdır. O da faktdır ki, bu balaca məmləkətdə mənim kimi yüzminlərlə həqiqi futbol azarkeşi var. Və sadiq futbol azarkeşlərinin ilə yekun vuran bütün idman ictimaiyyətindən əsas fərqi ondadır ki, azarkeşin qiymətləndirmə meyarlarının mayasında daha çox subyektiv mülahizələr, ən əsası, dünya çempionatının seçmə mərhələsində, Avopada və yaxud da Premyer Liqada oynayan komandalarımızın, futbolçularımızın, ölkədə və beynəlxalq arenada qarşılaşma idarə edən hakimlərimizin ölkə futbolununun inkişafına və miilimizin uğurlarına verdiyi fayda dayanır. Çox uzatmayım, artıq sözdən işə keçib, qiymətləndirmək vaxtdır. 2016-cı ildə seçmə mərhələ oyunları, Premyer Liqa, Azərbaycan kuboku və Avroliqa oyunları yekunlaşdığından futbolumuzun illik dəyərləndirilməsini edə bilərik.
İLİN UĞURLU QAPICISI - KAMRAN AĞAYEV
Bakının “İnter” klubunun qapısını qoruyan Kamran Ağayevin “Sumqayıt” klubuna gözlənilməz transferi uzun çəkmədi. Sentyabr ayında Portuqaliyanın “Boavişta” klubuna transfer olan millimizin qapıçısı debüt oyununda - “Portu” ilə matçda buraxdığı kobud səhvlə gündəmə gəlsə də, az müddətdən sonra inamlı oyunu ilə klubunun və azarkeşlərin 1 nömrəsinə çevrildi. Millimizin Norveç üzərindəki tarixi qələbəsində də Kamranın payı danılmazdır.
İLİN UĞURSUZ QAPICISI - İBRAHİM ŞEHİÇ
Milli çempionatın oyunlarında üzərinə elə də böyük yük düşməyən “Qarabağ” klubunun bosniyalı qapıcısı ötən illərdən fərqli olaraq, Avroliqa oyunlarında inamsız təsir bağışladı. Nə qədər təəssüfedici olsa da, bu bir faktdır ki, Avropa arenasında qapımıza gələn təhlükəli zərbələrin çoxu qolla nəticələndi. “Fiorentina” klubu ilə Bakıdakı həlledici oyunda ilk qolda qapıcımızın kobud səhvini isə azarkeşlərimiz hələ çox yana-yana xatırlayacaqlar.
İLİN UĞURLU MÜDAFİƏÇİSİ - MAKSİM MEDVEDEV
“Qarabağ” klubunun müdafiəçisi Maksim həm müdafiənin sağ cinahında, həm də mərkəzdə etibarlı oyunu ilə yadda qaldı. Bundan əlavə, ara-sıra hücümlara qoşulan Medvedev millimizin Norveçlə oyununda tarixi qola imza atmaqla azarkeşlərin sevimlisinə çevrildi.
İLİN UĞURSUZ MÜDAFİƏÇİSİ - ELVİN YUNUSZADƏ
“Qarabağ”ın başqa bir müdafiəçisi Elvinin Avroliqa oyunlarında etdiyi səhvlər yaddan çıxacaq qədər deyil, əsasən də “Fiorentina” ilə səfər oyununda əllə oyuna görə aldığı qırmızı vərəqə səbəbindən komandamız tarixinin ağır məğlubiyyətinə düçar oldu. Bundan əlavə, Elvin Yunuzadənin Premyer Liqa oyunlarının birində Reynaldonın qapıya vurduğu zərbəyə yersiz müdaxilə etməklə qola imkan verməməsini futbol azarkeşləri hələ uzun müddət təəssüflə xatırlayacaqlar. Elvin topa toxunmasaydı, bəlkə də indiyə qədər milli çempionatda vurulan ən gözəl qola şahid olacaqdıq.
İLİN UĞURLU YARIMMÜDAFİƏÇİSİ - DANİ KİNTANA
“Qarabağ”ın ispaniyalı oyunçusu Dani ötən çempionatın bombardiri olmaqla yanaşı, Avroliqadakı gözəl oyunu ilə də azarkeşlərin zövqünü, gözünü oxşadı. İspaniyalı futbolçunun PAOK-la ev oyununda həm möhtəşəm oyunu, həm də vurduğu qol sayəsində "Mançester Yunayted"in ulduzu Pol Poqbanı belə qabaqlayaraq, Avroliqada həftənin oyunçusu seçilməyi futbol tariximizdə bir ilk idi.
İLİN UĞURSUZ YARIMMÜDAFİƏÇİSİ - ƏFRAN İSMAYILOV
Millimizin və “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov 2016-ci ildəki oyunu ilə azarkeşlərin ona bəslənən ümidlərinin heçə endirdi. “Qarabağ”ın oyunlarında hücumu gücləndirmək məqsədilə oyuna daxil edilən futbolçu təəssüf ki, rəqib qapısında təhlükəli vəziyyət yaratmaq əvəzinə saysız-hesabsız səhv ötürmələrlə yadda qaldı. “Fiorentina” ilə ev oyunundan sonra azarkeşlərin ən çox qınaq obyektinə tuş gələn də elə Əfran İsmayılov idi.
İLİN UĞURLU HÜÇÜMÇUSU - BAQALİ DABO
"Qəbələ"nin hücumçusu Baqali Dabo mövsümün əvvəlində kluba qoşulmasına baxmayaraq, tez bir zamanda komandanın oyununa uyğunlaşa bildi. “Qəbələ” klubunda vurduğu qollar və verdiyi qol ötürmələri ilə azarkeşlərin sevimilisinə çevrilən Dabonu “Maynts"ın baş məşqçisi Matin Şmidtin komandasında görmək istədiyini bildirməsi isə bir başqa zovq idi.
İLİN UĞURSUZ HÜÇÜMÇUSU - MAHİR MƏDƏTOV
Ötən çempionatdakı uğurlu oyunundan sonra azarkeşlərin hücüm xəttinin xilaskarı kimi baxdığı “Qarabağ”ın hücümcusu Mahir Mədətovun Avroliqakı zəif oyunu göstərdi ki, ondan “mədət ummağa” dəyməzmiş. Avroliqada bəzən 2-3 metrdən qapı çərçivəsini düzgün “nişan ala bilməyən” oyunçu bununla “gənc prespektivli hücümcü” statusunu da itirmiş oldu.
İLİN UĞURLU LEGİONERİ - ANSİ AQOLLİ
“Qarabağ”ın sol cinah müdafiəçisi, albaniyalı legioner nəinki klubdakı inamlı oyunu, həm də Albaniya milli komandasının heyətində AVRO-2016-dakı çıxışı ilə yadda qaldı. Ölkəmizi də tanıtdıran “Ağdamlı qaqa”nın Albaniya milli komandasının heyətində Ermənistandakı təqdirəlayiq hərəkəti və AVRO-2016-nın qrup mərhələsində kapitan kimi liderliyi yüzminlərlə azərbaycanlının Albaniyaya azarkeşlik etməsinə səbəb oldu.
İLİN UĞURSUZ LEGİONERİ - KATALİN TİRA
“Neftçi” – “Qarabağ” oyununda meydan sahiblərinin məğlubiyyətinə etiraz əlaməti olaraq stadiona daxil olan azarkeşi vuran Katalin Tira öz adını futbol tariximizə qara hərflərlə yazdırdı. Oyundan sonra üzrxahlıq məqsədilə açıqlama verən ruminiyalı hücümcü qaş düzəltdiyi yerdə vurub gözü də çıxartdı: “Elə bildim ki, “Qarabağ”ın azarkeşidir”...
İLİN UĞURLU KLUBU – “QARABAĞ”
Ağdamın “Qarabağ” klubu 3 il ardıcıl “Avroliqa”nın qrup mərhələsində oynamaqla azarkeşlərimizi əsl futbolsuz darıxmağa qoymadı. Sevindirici haldır ki, ağdamlılar hər dəfə Avroliqada qrup mərhələsindən play-offa çıxmaq şansını sonuncu tura qədər daşımaqla azarkeşləri həyəcanda saxlamağı da bacardılar.
İLİN UĞURSUZ KLUBU – “NEFTÇİ”
Azərbaycan futbolunun flaqmanı hesab edilən Bakının “Neftçi” klubu artıq qələbələrinin yox, məğlubiyyətlərin sayına görə milli çempionatimızın liderdir. Milli çempionatda 14 oyun keçirən klub nə az, nə çox, düz 11 oyunda məğlubiyyətlə üzləşib. “Qələbə” klubu ilə ev oyununda alınan 0:8 hesablı məğlubiyyəti isə Bakı klubunun faciəsi kimi qəbul etmək olar.
İLİN UĞURLU HAKİMİ - ƏLİYAR AĞAYEV
Avroliqanın qrup mərhələsindəki qarşılaşmaları və 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu uğurla idarə edən Əliyar Ağayevi həqiqətən alqışlamaq lazımdır. Ancaq Azərbaycan kuboku uğrunda keçirilən “Neftçi”- “Qəbələ”(1:1) və “Zirə” – “Neftçi” (0-3) oyunlarındakı səhvləri perspektivli referimizə yaraşdırmaq olmur…
İLİN UĞURSUZ HAKİMİ - RƏHİM HƏSƏNOV
Bu nominasiyaya uyğun namizədi tapmaq üçün çox fikirləşməyə ehtiyac yoxdur. “Qarabağ”- “Qəbələ” oyununda yaxın məsafədən topun dəydiyi üzü əl kimi “görüb” onbirmetrlik cərimə zərbəsi təyin edən Rəhim Həsənov oyunun sonuna doğru daha bir “igidliyi” ilə yadda qaldı. Matçın əsas vaxtına əlavə olunan uzatma dəqiqələrinin bitməsinə 30 saniyə qaldığı anda cərimə zərbəsinə görə yenidən artırdığı vaxtın müddətinə görə yəqin, nə vaxtsa Rəhim Həsənovun adını “Ginnesin Rekordlar Kitabı”na daxil edəcəklər.
İLİN UĞURLU BAŞ MƏŞQÇİSİ – QURBAN QURBANOV və ROMAN QRİQORÇUK
Bu nominasiyanın iki qalibi var: "Qəbələ"nin baş məşqçisi Roman Qirqorçuk və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov. Hər iki baş məşqçisi 2016-ci ildə Avroliqanın qrup mərhələsinə çıxmaqla ötənilki uğurlarının təsadüfi olmadığını və “ən uğurlu məşqçi” adına layiq olduqlarını bir daha sübut etdilər.
İLİN UĞURSUZ MƏŞQÇİSİ – ELXAN ABDULLAYEV
“Neftçi”də Vəli Qasımovun uğursuz nəticələrindən sonra böyük ümidlərlə klubun baş məqçisi təyin olunan Elxan Abdullayev anti-rekordları yeniləməkdə yardımçı oldu. Hər məğlubiyyətdən sonra, günahı oyunçuların üzərinə yıxan baş məqşçinin kluba hansı səbəbdən gətirilməsi hələ də azarkeşlər üçün qaranlıqdır. “Neftçi”nin Azərbaycan kubokunda yarımfinala çıxmasını uğur kimi təqdim edənlərə isə klubun tarixinə diqqətlə yox, ötəri göz gəzdirməyi və “Zirə” ilə ilk kubok oyuna daha diqqətlə baxmağı tövsiyə edirəm.
İLİN UĞURLU OYUNU - AZƏRBAYCAN – NORVEÇ
“Niyə də yox” şüarı ilə oynadığımız dünya çempionatının seçmə mərhələsinin ilk ev oyununda qazanılan qələbə azarkeşlərin uzun müddət yaddından çıxmayacaq. Olimpiya stadionunda baş tutan oyunda millimizin 1-0 hesabı ilə qələbə qazanmasından sonra deyilənlərə görə, final mərhələnin keçiriləcəyi Rusiyaya bilet sifariş edən azarkeşlər də olub.
İLİN UĞURSUZ OYUNU - “SLOVAN” – QARABAĞ
“Qarabağ”ın Yunanıstanın PAOK klubu ilə həm ev, həm də səfər qələbəsi azarkeşlərimizi play-off sevinci yaşayacaqlarına tam ümidləndirmişdi. Amma Liberets şəhərində klubumuzun 0:3 hesablı məğlubiyyəti azarkeşlərimizdə şok effekti yaratmaqla yanaşı play-off ümidlərimizi də çilik-çilik etdi.
İLİN UĞURLU TAKTİKASI - “QƏBƏLƏ” – “LİLL”
“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsində Fransanın “Lill” klubu ilə qarşılacağını eşidən azarkeşlərin əksəriyyəti qəbələlilərin Avropa kitabının erkən bağlanacağını düşündü. Amma Roman Qirqorçukun ağılı taktikası nəticəsində “Qəbələ” klubu nəinki növbəti mərhələyə keçməyi bacardı, hətta hər iki oyunda rəqibə qələbə sevinci yaşatmadı. Ozobiçin mükəmməl qolu nəticəsində qələbə qazandığımız ev oyununda Avro-2016-nın final oyununun portuqaliyalı qəhrəmanı Ederin son dəqiqələrdə qapıçımıza top daşımasını canlı-canlı izləməyin isə azarkeşlər üçün ayrı bir ləzzəti vardı.
İLİN UĞURSUZ TAKTİKASI - ŞİMALİ İRLANDİYA – AZƏRBAYCAN
Millimizin Belfast oyununa “heç olmasa 1 xal” ümidi bağlayan azarkeşlərimiz üçün 0:4 hesablı məğlubiyyət ağır xatirə kimi yadda qalacaq. İndi az-cox futbol azarkeşliyi təcrübəsi olanların hamısı bilir ki, irlandlar hava ötürmələrindən geniş istifadə edir, xüsusən, bizim kimi alçaq boylu müdafiəçiləri olan komandalarla oyunda “ikinci mərtəbədə” xarüqələr yaradırlar. Təəssüf ki, Robert Prosineçki bu taktikaya qarşı hər hansı əks-plan qurmadığından 4 qoldan 3-nü bu cür ötürmələrdən sonra buraxdıq.
İLİN FUTBOL ADAMI – AZARKEŞ
Millimizin ev oyununda Bakı Olimpiya Stadionuna gələn onminlərlə azarkeş, soyuq dekabr ayında Tofiq Bəhramov adına stadionu da öz nəfəsləri ilə qızdıraraq “Qarabağ”ı tək qoymadı. “Fiorentina” ilə son ev matçında havanın şaxtalı olacağını öncədən bilməsinə baxmayaraq, 30 mindən çox azarkeş 90 dəqiqə ərzində “Qarabağ” klubuna sona qədər dəstək verməklə bu nominasiyanın qalıbi olmağı haqq edir..
İnanırıq ki, 2017-ci ildə ölkə futbolunda uğurlarımız daha bol olacaq, hətta 2016-ci ildə uğursuzluqları ilə yadda qalan qaliblər azarkeşlərimizə bəxş etdikləri gözəl oyunlarla keçmişlərini unutdurmağı bacaracaqlar…
Anar BAYRAMOV
Qeyd: Müəllifin fikri ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi
PSJ güclü qar altında məşq etdi - Video
"Milan"da 5 illik müqavilə
San-Marino üçün daha bir tarixi imkan
"Kəpəz"in futbolçusu əməliyyat olundu
Haaland buzlu suya girdi - Şəkillər
Azərbaycan basketbol millisi İrlandiyaya qarşı
Fağır bir komandaya 20 qol vurmağın ayıbı...
Endrik üçün Premyer Liqadan təklif
Xuan Mata MLS klubunun ortaq sahibi oldu
Rodri: "Messi tarixin ən yaxşısıdır"
"Barselona"nın futbolçusu: "Ronaldo mənim kumirimdir"
"Real"a "yox" dedi, "Siti"ni seçdi
La Liqada ən yaxşı məşqçi adına üç namizəd
"Qəbələ" 20:0 hesablı qələbə qazanıb
"Yunayted" də onunla maraqlanır
"Onlar mənə satqın deyirdilər"
"Tottenhem" ona görə apellyasiya şikayəti verdi
Yamal UNİCEF-in səfiri oldu
Kosovo millisinə texniki məğlubiyyət verildi
"Yaxşı işləyirsənsə, nəticəsi olacaq” - "Kəpəz"in legioneri
"Real" Diası satmaq fikrində deyil
Xavi "İnter Mayami"ni çalışdırmayacaq
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
Tayson - Pol döyüşü ən çox izlənilən idman hadisəsi oldu
"Real"ın futbolçusu əməliyyat olundu
"Şamaxı" məşqçisi ilə yolları ayırdı
Acun Ilıcalı haqqında araşdırma başladıldı
Patrik Vieyranın təyinatı açıqlandı
"Arif Əsədov Santuşdan qat-qat yaxşı işləyirdi”
Xavi Messinin baş məşqçisi ola bilər
"Qarabağ" - "Lion" oyununa 1 gündə nə qədər bilet satılıb?
"Türkiyə D liqası səviyyəsində futbol oynadı" - Video