Sabah futbol üzrə milli komadamız, belə demək mümkünsə, futbol tarixinin ən önəmli matçına çıxacaq: DAVAM yoxsa TAMAM. Məhz bu oyunun nəticəsinə uyğun olaraq, azarkeşlərimiz dünya şempionatının final mərhələsinə çıxmaq ümidlərinin üzərindən qara xətt çəkə və ya virtual yolla Rusiyada otel axtarışlarına başlaya bilərlər. Rəqibimiz hazırda qrupumuzun 2-ci sırasında qərarşlaşan və millimizi cəmi 3 xal qabaqlayan Şimali İrlandiya milli komandasıdır. Millimizin baş məqçisi olmuş braziliyalı əfsanəvi kapitan, rəhmətlik Karlos Alberto Torresin təbirincə desək, “topu yalnız havada ora-bura atmaqla, futbol yox, basketbol oynayan” britaniyalılara qarşı çıxış edəcək millimizin start heyəti haqqında fikirləri bölüşmək istəyirəm.
MİLLİMİZİN BƏLALI MÖVQEYİ
QAPI - Bir zamanlar, Aleksandr Jidkov və Dmirti Kramerenko kimi qapıcılarımıza güvənib etibarlı saydığımız qapıçı mövqeyimiz son zamanlar millimizin ən zəif nöqtəsinə çevirilib. Enişli-çıxışlı legioner həyatı keçirən Kamran Ağayevə, uğursuz “Ayntraxt” macərasına düçar olmuş, böyük ümidlər bəslənilən gənc istedad Emil Balayevə, möhtəşəm qurtarışları ilə yanaşı, kuryoz qollarla yadda qalan Anar Nəzirov və Səlahət Ağayevə görə futbolun bəlkə də ən önəmli nöqtəsində - qapıda ciddi problemlər yaşayırıq. Təcrübə baxımdan Kamran Ağayevin heyətə salınmasına üstünlük verirəm. İnanmaq istəyirəm ki, qapıcımız Norveçlə ev oyununda olduğu kimi, çıxışlarda daha inamlı təsir bağışlayacaq.
KAPİTANIN BAŞÇILIĞI ETDİYİ KEÇİLMƏZ MÜDAFİƏ XƏTTİ
MÜDAFİƏ - Millimizin müdafiəsində öz sabit oyunu ilə seçilən “Qarabağ”lı üçlük – kapitan Rəşad Sadıqov, Bədavi Hüseynov və Maksim Medvedevin adlarını gözüyumulu heyətə yazmaq olar. Millimizin “yaralı” yerinə çevrilmiş cinah müdafiəsinə təəssüf ki, eks “Qəbələ”lilər - Arif Daşdəmirovla Maqomed Mirzabekov uyğun gəlmir. Prosineçkinin millidə nə İlqar Qurbanova, nə də Abbas Hüseynova şans tanımaq istəməməsi bu mövqedə vəziyyəti gərginləşdirib. İndiki halda, Almaniya ilə oyunda yaxşı oyunu ilə seçilən Pavel Paşayevə etimad göstərmək olar
ALMANLARA GÜCÜNÜ GÖSTƏRMƏYİ BACARAN YARIMMÜDAFİƏMİZ
YARIMMÜDAFİƏ - Milli komandamızın yarımmüdafiə xəttində əvəzedilməz oyunçumuzun kim olduğu futbol həvəskarlarına yaxşı məlumdur: Berti Foqtsun milli komandaya verdiyi yeganə fayda – Dmirti Nazarov. Almaniya milli komandasının 262 günlük və 689 dəqiqəlik quru seriyasına son qoyan Nazarova azarkeşlərimizin ümidləri çoxdur. Şimali İrlandiya səfər matçında baş məqşçinin səhv qərarı ilə əsas heyətə salınmayan Nazarovdan britaniyalara qarşı ev oyunda qollarının davamını gözləməyə dəyər.
Mili komandamızda YENİ AD, amma azarkeşlərin sevimlisi, “Qarabağ”ın oyuncusu Ricard Almeydanın artıq rəqib komandanin baş məqşçisi Maykl O’nilin kabusuna çeviriləcəyinə bütün səmimiyyətimlə inanmaq istəyirəm.
Almaniya ilə maçtda gözəl oyunu ilə fərqlənən və yarımmüdafiədə adına uyğun işi görən Qara Qarayevin də əsas heyətdə çıxış etməsi daha məqsədəuyğundur.
Yarim müdafiənin cinahlarına gəlincə isə, fikrimcə, Prosinesçki böyük ehtimalla sevimli 2 oyuncusu- Əfran İsmayılovla Cavid Hüseynovu əsas heyətdə oynatmağı planlaşdırır. Həm Norveçlə oyunda, həm də İslam Həmrəliyi oyunlarında istər müdafiə, istərsə də hücüma dəstəkdə öz faydası ilə seçilən Ağabala Ramazanov əsas heyətdə oynamalıdır. Onu da unutmayaq ki, hücumdan çox yarımmüdafiədə effektli oyun göstərən Ruslan Qurbanov da əsas heyətdə oynamağa layiqdir.
GƏNC VƏ PRESPEKTİVLİ HÜCÜM XƏTTİMİZ
HÜCUM - Hücumun uc nöqtəsində oynamağa millimizin iki layiqli namizədi var: Slovakiyanin “Jilina”sında çıxış edən Ramil Şeydayev və Almaniyanin “Ayntraxt” klubunun U-19 komandasında qollarını sıralayan Renat Dadaşov. Təəssüf ki, Renat millidə debüt etmədiyindən, komandaya uyğunlaşmaqda problemlər yaşaya bilər. Bu səbəbdən Prosineçkinin start heyətində Ramil Şeydayevə etimad göstərəcəyi ehtimalı yüksəkdir.
Beləliklə, millimizin gözlənilən və fikrimcə, ən uğurlu start heyəti:
Qapı: Kamran Ağayev
Müdafiə: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedyev və Pavel Paşayev
Yarımmüdafiə: Qara Qarayev, Riçard Almeyda, Dimirti Nazarov, Ağabala Ramazanov və Ruslan Qurbanov
Hücüm: Ramil Şeydayev
İnanıram ki, hansı start heyətlə oynamasından asılı olmayaraq, milli komandamız Şimali İrlandiya ilə oyunda qələbə qazanaraq, həm azarkeşlərimizi sevindirəcək, həm də son vaxtlar türk klublarının radarına düşən baş məqşçi Prosineçkinin dəyərini artmasına imkan verəcək…
Uğur olsun!
Anar BAYRAMOV
P.S. Robert Prosineçki son müsahibəsində bildirib ki, Şimali İrlandiyaya qarşı necə oynamağın reseptini tapıb və rəqibə sürpriz hazırlayıb. Ümid edək ki, bu süpriz britaniyalılarla səfər oyununda Nazarovu ehtiyatda saxlayıb Emin Mahmudovu əsas heyətə salmaq kimi uğursuz eksperimentlərdən olmayacaq.
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons