Prezidenti İlham Əliyev bu gün idman ictimaiyyəti ilə keçirdiyi görüşdə Bakıda keçirilən Formula 1 və gələn il təşkil olunacaq İslam oyunları ilə bağlı fikirlərini açıqlayıb.
Qol.az-ın “Azərtac”a istinadən yaydığı xəbərə görə, dövlət başçısı deyib ki, bu il ilk dəfə olaraq Formula-1 yarışının keçirilməsi bir daha ölkəmizin qüdrətini göstərib: “Çünki Formula-1 yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik. Formula-1 yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görübdür. Təsadüfi deyil ki, biz də bunu nəzərdə tuturduq, planlaşdırırdıq ki, bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artacaq və artıb. Elə ölkələr var ki, bu il o ölkələrdən Azərbaycana gələn turistlərin sayı 30-40 dəfə artıb və bu proses davam edir. Çünki bu gün Azərbaycan dünyada həm qüdrətli, eyni zamanda, ən müasir infrastruktura, ən gözəl xidmət sahələrinə malik, təhlükəsizlik təmin olunan ölkə kimi tanınır. Bax, bütün bu amillərin sintezi Azərbaycanı xarici turistlər üçün çox cəlbedici ölkəyə çevirib. Əgər biz gözəl iqlimimizi, gözəl mətbəximizi, tarixi abidələrimizi, 9 iqlim qurşağını əlavə etsək, bir daha görərik ki, biz doğrudan da xoşbəxt insanlarıq, belə gözəl ölkədə yaşayırıq və belə gözəl ölkəni daha da gözəlləşdiririk.
Ona görə Formula-1 yarışının əhəmiyyəti bundan sonra da illərlə özünü göstərəcək. Turizmdən gələn gəlir ölkə iqtisadiyyatını gücləndirir, yeni iş yerlərinin açılmasına xidmət göstərir və iqtisadi şaxələndirməni təmin edir”.
Gələn il Bakıda İslam Həmrəyliyi Oyunlarının da keçiriləcəyini xatırladan İ.Əliyev deyib: “Bu da çox rəmzi məna daşıyır. Bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa, həm İslam oyunları keçirilir. Bu, bizim niyyətimizi göstərir. Çünki idman yarışları, o cümlədən Avropa Oyunları sadəcə olaraq idman tədbiri deyildi, bu, bir dostluq bayramı, həmrəylik təzahürü idi.
Bildiyiniz kimi, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib və il ərzində bir çox mötəbər tədbir keçirilib. İslam Oyunlarının, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir daha multikulturalizm ideyalarını təbliğ və tərənnüm edir. Əminəm ki, biz İslam Oyunlarını da ən yüksək səviyyədə keçirəcəyik, bizim təcrübəmiz var və Oyunların başlamasına təqribən 6 ay vaxt qalır. Demək olar ki, bütün əsas hazırlıq işləri görülübdür. Əlbəttə ki, bu Oyunlara sərf olunan xərclər çox aşağı səviyyədədir. Çünki bizim bütün infrastrukturumuz var, təşkilatçılıq qabiliyyətimiz yüksək səviyyədədir. Əminəm ki, bu yarışlarda iştirak edəcək idmançılar Bakıdan ən xoş təəssüratlarla ayrılacaqlar”.
Qol VAR idimi? “Turan Tovuz”dan etiraz - Video
"Neftçi"dən böyükhesablı qələbə, Tovuzda heç-heçə
“Neftçi” - “Araz-Naxçıvan” matçında fasilə yarandı
"Turan Tovuz" - "Şamaxı" matçından - Video
Salah dubl etdi, "Trabzonspor" qələbə qazandı
"Bu kluba 20 ilimi vermişəm, qəzəbi başa düşürəm"
“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev
“Düzgün oyun nümayiş etdirdik” - Azər Bağırov
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
“Neftçi” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı
1 avtoqol, 1 qırmızı vərəqə, böyükhesablı qələbə
Haaland yubiley oyununa yeni stili ilə çıxdı - Şəkil
“Mançester Siti”dən 18 ildən sonra ilk
DÇ-də oynadı, 100 milyonluq transfer təklifi aldı
“Turan Tovuz” - “Şamaxı”: Heyətlər
"Çelsi"nin futbolçusu "Napoli"yə keçdi
Başından xəsarət alan Kerem Aktürkoğlunun durumu açıqlandı
Azərbaycan millisinin bütün üzvləri medal qazandı
Darvin Nunyes klubunu dəyişdi
"Atletiko"dan ayrılıb "Barselona"ya keçmək istəyir
Məşhur hakim “Sabah”ın həlledici oyununda!
Mourinyo "Real"ın bazasında gecələyir
Qoretzka bu klubla razılaşdı
Kapitan 2 oyundur ehtiyatdadır! Səbəb nədir? - Video
"Real" mövsümə qələbə ilə başladı - Video
"Bavariya" 12-ci dəfə Almaniya Superkubokunu qazandı
"Fənərbaxça" və "Samsunspor"dan qələbə
Rəşad Sadıqov: “Mütləq heyətimizi genişləndirməliyik”
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
Rüfət oynadı, komandası uduzdu
“Zirə” və "Şəfa"dan qələbə
Azarkeşin halı pisləşdi, matç dayandırıldı
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
“Bu heyətlə məqsədimizə çata bilərik” - Zaur Həşimov
"Tottenhem"in tarixinə düşdü
“Fənərbaxça”dan Taliska açıqlaması
“Zirə” - “İmişli” matçının heyətləri açıqlandı