"Antalyadan qayıdandan sonra əvvəlki Cavidi görəcəksiniz"

"Antalyadan qayıdandan sonra əvvəlki Cavidi görəcəksiniz"
GÜNDƏM 21 Dekabr 2016 / 18:24 3457
-  A +

“AZAL-a qarşı oyunlarımız həmişə çətin keçir. Budufəki oyunumuz da istisna olmadı. Ama qələbə qazandıq. Mərhələ adladığımız üçün sevinirəm”.

Qol.az-ın xəbərinə görə, bunu Futbolxeber.az saytına açıqlamasında  “Qəbələ”nin  yarımmüdafiəçisi Cavid Hüseynov deyib.

Həbsdən çıxandan sonra ilk dəfə mətbuata danışan Hüseynov 90 dəqiqə oynamağa hazır olduğunu söyləyib:  “Özümü yaxşı hiss edirəm. Artıq 90 dəqiqə oynamağa hazıram. Amma yekun qərarı baş məşqçi verir.

Qarşıdan təlim-məşq toplanışı gəlir. Orada bütün gücümlə çalışacağam. Mənə bircə ay vaxt lazımdı ki, hazırlıq keçim. Antalyadan qayıdandan sonra əvvəlki Cavidi görəcəksiniz. Artıq normal həyata tam öyrəşmişəm”.

Hüseynov ölkə kubokunun yarımfinalında qarşılaşacaqları “İnter”dən də söz açıb: “Növbəti rəqibimiz “İnter”di. Yarımfinalda bizi çox gərgin mübarizə gözləyir. Amma finala çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Daha çox


Son xəbərlər