Bu gün Türkiyə futbolunun canlı əfsanəsi, “Qalatasaray”ın sabiq kapitanı, “Bakı”nın keçmiş baş məşqçisi Bülənt Qorxmazın ad günüdür. Veteran futbolçunun 48 yaşı tamam olur.
Qol.az-ın futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, “Bakı” klubunun prezidenti Hafiz Məmmədov əlamətdar gün münasibəti ilə Bülənt Qorxmazı təbrik edib.
Hafiz Məmmədov “Bakı”nın qapısının daim “Böyük kapitan”ın üzünə açıq olduğunu bildirib:
“Türkiyə futbolunun canlı əfsanəsi, dəyərli insan, işinin peşəkarı olan Bülənt Qorxmazı ad günü münasibəti ilə təbrik edirəm. Nəinki futbolda, hətta həyatda belə onun kimi yaxşı insan çox azdır. Qapımız daim Bülənt Qorxmazın üzünə açıqdır. Onun kimi işini sevən, məsuliyyətli insanı daim klubumuzda görmək istərdik”.
Ölkəmizin tanınması, futbolumuzun inkişafı üçün daim səy göstərən Hafiz Məmmədov tezliklə “Bakı”nın fəaliyyətini bərpa edəcəyini qeyd edib: “Qarşıdakı bir həftə ərzində klubun bərpası ilə bağlı elanlarımızı verəcəyik. Tezliklə əməli fəaliyyətə başlayacağıq. Əsasən də uşaq futboluna, klubumuzun akademiyasına diqqət edəcəyik. “Bakı” daim uşaq futboluna böyük önəm verib. Təsadüfi deyil ki, hazırda klubumuzun 40-dan artıq yetirməsi istər əsas, istərsə də aşağı yaş qrupları üzrə milli komandalarımızın heyətində çıxış edirlər. Bu gün Premyer Liqada və I divizionda mübarizə aparan istənilən klubun heyətində “Bakı”nın yetirməsinə rast gəlmək mümkündür”.
H.Məmmədov qeyd edib ki, məqsəd “Bakı”nın yetirmələrini ölkə xaricinə göndərməkdir: “Fəaliyyətimizi bərpa etdikdən sonra akademiyaya böyük diqqət ayıracağıq. İstedadları üzə çıxarıb, onları Azərbaycan futboluna qazandırmaq istəyirik. Məqsədimiz gənclərin ölkə xaricinə yolunu açmaqdır. Bunun üçün də həm Bülənt Qorxmaz, həm də Milinko Pantiç kimi peşəkarların köməyinə ehtiyacımız var. Bir sözlə, “Bakı” tezliklə fəaliyyətini bərpa edəcək. Məqsədimiz dəyişməz olaraq qalır. Azərbaycan futboluna, idmanına fayda vermək istəyirik. Azərbaycanda bu gün istər idmana, istərsə də futbola ölkə rəhbərliyi səviyyəsində böyük diqqət və qayğı var. Biz də bu işdə üzərimizə düşəni etməyə tam hazırıq”.
Sonda Hafiz Məmmədov bu gün Avroliqada növbəti oyunlarına çıxan “Qəbələ” və “Qarabağ”a uğurlar arzulayıb: “Həm “Qəbələ”, həm də “Qarabağ” bu gün Avroliqada növbəti oyunlarını keçirirlər. Hər iki klubumuza uğurlar arzulayıram. İnanıram ki, onlar yenə də öz oyunları, qazanacaqları nəticə ilə azarkeşləri sevindirəcəklər”.
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"