Bu gün Qol.az saytının yaranmasından 8 il ötür. 2008-ci ilin noyabrın 17-də Qol.az saytı Rəşad Sadıqovun müsahibəsi, manşet yazısı ilə oxucularla görüşə gəlib.
Müsahibədə R.Sadıqov o vaxtlar şərəfini qoruduğu “Neftçi”dən qovulmasına toxunur.
Bu gün Qol.az saytının ad günü olduğunu nəzərə alaraq, 8 il əvvələ qayıdır və Rəşad Sadıqovla həmin müsahibəni yenidən dərc edirik.
***
- "Neftçi"dən qovulmağını necə qiymətləndirirsən?
- Bu haqda heç nə düşünmürəm. Məni maraqlandıran yalnız karyeramdı.
- Bilirik ki, Türkiyənin "Boluspor" klubundan təklif almısan. Yenidən legioner həyatı yaşamağa necə baxırsan?
- "Neftçi" transfer vərəqəmi verən kimi karyeramı "Boluspor"da davam etdirəcəm. Artıq qəti qərara gəlmişəm, Azərbaycanı tərk edəcəm.
- Bundan əvvəl də Türkiyədə çıxış etmisən. "Kayserispor"un şərəfini qoruyurdun, amma bir müddət sonra geri dönməli oldun...
- O vaxtı "Kayserispor" mərkəz müdafiəçisi axtarırdı. Azərbaycanda işləyən türkiyəli məşqçilərdən mənim barəmdə məlumat almışdılar. Fuad Yaman, Rasim Kara, Naci Şensoy kimi məşqçilərin köməkliyi ilə Türkiyəyə yollandım. İlk vaxtlar uğurlu çıxış edirdim. Sonra zədələrə görə bir müddət yaşıl meydanlardan kənar düşdüm. Zədəni sağaldıb yenidən futbola qayıtdıqdın sonra isə başqa bir problem ortaya çıxdığı üçün vətənə dönməli oldum.
- Bəlkə güclü rəqabətə tab gətirə bilmədin?
- Xeyr, səbəb bu deyildi. Hətta bəziləri fiziki çatdırmadığım üçün qayıtdığımı da deyirdi. Səbəb isə tam başqa idi. Onu da tək özüm bilirəm. Yenidən "Neftçi"yə qayıtdım. Amma mən bilməzdim ki, dönüşüm bir çoxlarına belə pis təsir edəcək. Hətta mənə qarşı qərəzli münasibət də göstərdilər.
- Kimlər idi qərəzli münasibət göstərənlər?
- Futbol adamları. Bu dəqiqə adlarını çəksəm, diktafona yerləşməz.
- Şahin Diniyevlə münasibətlərin hamıya məlumdu. Deyə bilərsənmi, konkret olaraq aranızda nə baş vermişdi?
- Bu barədə çox danışılıb. Mənim üçün artıq bağlanmış səhifədi. Aramızda nəyin baş verdiyini Diniyev özü də bilmir. Bu gün mənim haqqımda gəzən söz-söhbətlərin səbəbkarı elə Şahin Diniyev olub. Bizdə mənfi xəbərlər tez yayılır, insanlar sensasiya axtarırlar. Diniyevdə o söhbətlərin banisi oldu. Bütün bu söhbətlər mənə böyük bir zərbə vurdu. İlk növbədə insan kimi. Onun heç vaxt halallıq verməyəcəm.
- Ola bilməz axı Diniyev bu söhbətləri özündən uydursun. Bəlkə ona da kimsə yanlış informasiya verib?
- Ola bilər. Amma o gərək mənimlə söhbət edib dəqiqləşdirərdi. Bu cür etməyi mənə hələ də qaranlıq qalıb.
- Deməyindən belə çıxır ki, futbol aləmində səni istəməyənlər çoxdu. Heç düşünmüsən ki, buna səbəb nədi?
- Bilmirəm, paxıllığımı çəkirlər, yoxsa başqa bir səbəb var. Tək onu bilirəm ki, məni istəməyənlər pis insanlardı. Hələ görməmişəm ki, yaxşı insan məni istəməsin.
- Futbolumuza olan legioner axınına münasibətin?
- Bu normal haldı. Bütün dünyada bu proses gedir. Əsasən də bizdə buna ehtiyac daha çoxdu. Çünki Azərbaycan səviyyəsi üçün yaxşı oynayan yerli futbolçularımız azdı. Amma yetişməkdə olan istedadlı gənclərimiz var. İnanıram ki, yavaş-yavaş bu inkişaf öz bəhrəsini verəcək və legionerlərə olan ehtiyacımız azalacaq.
- Belə çıxır ki, gəlmələrin səviyyəsi yerli futbolçularımızın səviyyəsindən yüksəkdi?
- Ola bilsin ki, səviyyələri yüksək olmasın. Amma onların futbola münasibətləri, həyat tərzləri tam fərqlidi. Məsələn ola bilər ki, yerli futbolçu güclü olsun, amma rejiminə baxmasın, məşqlərinə diqqət eləməsin. Legionerlərin çoxu stabil olur. Öz üzərilərində işləyirlər.
- Bir müddət əvvəl tez-tez zədə alırdın. Və müsahibəlirinin birində bunu qara qüvvələr, cadu ilə əlaqələndirmişdin...
- Hər bir insan, istər futbolçu, istər journalist, çətin vəziyyətə düşəndə emosiyalara qapılır. Və o anda elə söz deyə bilər ki, həqiqət olmasa da, həqiqəti onda axtarsın. Bəli, mən elə demişdim. Çünki həqiqətən də Azərbaycan futbolunda elə bir şeylər var. Amma bütün zədələrimi onunla bağlamaq düzgün olmazdı.
- Futbolumuzda qara qüvvələrin köməyindən kimlər istifadə edir?
- Elə klublar çoxdu.
- "Neftçi" necə istifadə etmirmi?
- Yox. Görmürsüz "Neftçi" nə gündədi? Qapımızı bir zərbə vururdular o da qol olurdu. Biz isə on zərbə endiririk, biri də qol olmur.
- Hətta bir müddət əvvəl karyeranı bitirməyi də düşünürdün.
- Olub. O fikir tez-tez ağlımdan keçir. Amma oturub dərindən fikirləşəndə düşünürəm ki, hələ vaxtı deyil. Nə qədər ki, bacarıram, oynayacam.
- Adın tez-tez dini qruplaşmalarda hallandırırılır...
- İndi çox qəribə zəmanədi. İçki içənə, digər çirkin işlərlə məşğul olan adamlara daha çox hörmət edirlər, nəinki din adamlarına. Bu cür söhbətləri gündəmə düşmək üçün edirlər. Məni yaxından tanıyan adamlar bilir ki, həyat tərzim necədi. Mən heç bir dini qruplaşma tanımıram, tanımaq da istəmirəm. Hamımızın bir Allahımız var. Fərqi yoxdu, kim nə cür namaz qılır. Əsas odur ki, ibadət edir.
- Dünya çempionatının seçmə mərhələsinin startını bizim üçün uğurlu hesab etmək olmaz. Qarşıdakı oyunlardan nə gözləyirsən?
- Uğurlu olmasını çox istəyirdik. Bir tərəfdən uğursuz da adlandırmaq olmaz. Sadəcə olaraq Linxteynşteynə mütləq qalib gəlməli idik. Amma bacarmadıq. Məncə, pis oynamadıq. Oyunun sonlarında buraxılan qollar, hakimlərin qərəzli qərarları bizə çətinlik törətdi. Qarşıda Rusiya yığması ilə çətin oyunumuz olacaq. Çalışacağıq nəticə əldə edək.
- Ruslardan xal almağı mümkün hesab edirsən?
- Mümkün olmayan heç nə yoxdu. Fikrimcə, almanlarla səfərdəki oyundan başqa digər rəqiblərdən xal almaq mümkündü.
Kəmalə İSMAYILOVA
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər
"Şəfa", "Cəbrayıl" və "Şahdağ Qusar"dan qələbə
Kapitan 11 il sonra komandasını tərk edir
Kamavinqa yenidən azarkeşlərdən üzr istədi
Superliqa klubunda rumıniyalı baş məşqçi
AFFA komandanı kənarlaşdırdı, məşqçiyə 6 aylıq cəza verdi
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
"Bruno "Mançester Siti"də olsaydı, "Qızıl top"u qazanardı"
Yolu açın, çempionlar gəlir! - Video
“Sabah”la bugünkü oyun “Qarabağ” üçün çox prinsipialdır”
Ukrayna millisinin baş məşqçisi istefa verdi
Arbeloa: "6 matçın hamısında qalib gəlməliyik"
Rafael Markes millinin baş məşqçisi olacaq - Rəsmi
Finala yüksəlməyin böyük sevinci - Video
"Qarabağ" rəsmiləri UEFA Forumunda - Şəkil
Azərbaycanın daha 2 boksçusu dünya kubokunda mərhələ adladı
AFFA-nın əməkdaşları UEFA seminarında
"Çelsi" 5 oyundur nə xal qazanır, nə də qol vurur
Azərbaycanın iki güləşçisi Avropa 3-cüsü oldu
“Lester” 3-cü diviziona düşdü
Rza Kayaalpdan tarixi rekord - 13-cü Avropa çempionluğu
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!