"İnter" yeni baş məşqçisinin adını açıqlayır

"İnter" yeni baş məşqçisinin adını açıqlayır
DÜNYA FUTBOLU 8 Noyabr 2016 / 09:45 4195
-  A +

İtaliyanın "İnter" klubunun bu gün yeni baş məşqçisinin adını açıqlayacağı gözlənilir.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Hiddink, Marselino, Stefano Pioli kimi məşqçilərlə danışıqlar aparan klub rəhbərliyi sonuncunu komandaya gətirməyə qərar verib.

S.Pioli ilə 18 aylıq müqavilə imzalanacağı iddia edilir. "İnter"in bu təyinatı bu gün açıqlayacağı bildirilir.

Qeyd edək ki, S.Pioli son olaraq "Latsio"nu çalışdırıb. O, bu ilin aprelində istefaya göndərilib.


Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

10.08.26  10:02

PSJ-yə qayıtdı

topaz banner