"Səbail"dən ayrıldıqdan sonra futbolçu karyerasını başa vuran və "Zirə"də baş məşqçi Rəşad Sadıqovun köməkçisi təyin olunan Eltun Yaqublunun müsahibəsi
- Karyeranızı belə erkən - 28 yaşınızda başa vurmağınıza nə səbəb oldu?
- Karyeramı erkən bitirməyimə 2018/2019 mövsümündə aldığım ağır zədə səbəb oldu. Axill vətərim qırılmışdı. Demək olar ki, 9 - 10 ay futbolsuz qaldım. Hiss etdim ki, əvvəlki formamı bərpa edə bilmirəm. Bu, futbolda olan çox nadir zədədir, istənilən oyunçunun gələcək karyerasına birbaşa təsir edir.
- Futbolla vidalaşmağında Rəşad Sadıqovdan gələn təklifin, məşqçi işləmək istəyinizin də təsiri oldumu?
- Bayaq düzgün qeyd etdiniz ki, 28 yaş futbolçu üçün elə də çox deyil. Bu yaşda karyeramı başa vuracağım ağlımdan keçməzdi. Amma özümü məşqlərə, oyunlara 100 faiz verə bilmirdim. Açığı, futbolla vidalaşmağı Rəşad Sadıqovdan təklif gəlməmişdən əvvəl qərara almışdım. Ötən mövsümün sonunda Aftandil Hacıyevlə danışıb karyeramı bitirmək istədiyimi ona bildirmişdim. O isə öz növbəsində mənə tələsməməyi və çempionat başa çatdıqdan sonra qərar verməyi məsləhət görmüşdü.
- Məşqçiliyə başlamağa necə qərar verdiniz?
- Rəşad Sadıqovla aramızda söhbət oldu, onunla məsləhətləşdim. Mənə məşqçi kimi bir yerdən başlamağı və kurslarda maariflənməyi tövsiyə etdi. Həmin vaxt Sadıqov "Zirə"yə baş məşqçi təyin olunmamışdı. Rəsmi təyinatdan sonra isə mənimlə görüşdü və məşqçilər heyətində yer almağımı təklif etdi. Mən də təklifi qəbul etdim.
- Maraqlıdır, Rəşad Sadıqovla söhbətinizdə daha nələrdən danışdınız?
- Geniş söhbətimiz baş tutdu və mənim üçün gənc yaşda məşqçiliyə başlamağın üstünlük olduğunu bildirdi. Bunun məşqçilik karyeramın uğurlu olması üçün önəm kəsb etdiyini söylədi. Əlimə düşən fürsətdən və vaxtdan səmərəli istifadə etməyə çalışacağam.
- Hansı daha çətindir: futbolçu, yoxsa məşqçi olmaq?
- Təbii ki, hər ikisinin özünəməxsus çətinlikləri var. Amma 10 günlük təcrübəmə əsasən onu deyə bilərəm ki, məşqçilik daha çətin və məsuliyyətlidir.
- Rəşad Sadıqovla "Qarabağ"da komanda yoldaşı olmusunuz. Kapitan kimi daha tələbkar idi, yoxsa baş məşqçi kimi?
- Gördüyüm qədərilə məşqçi Rəşad daha tələbkardır.
- Ümumiyyətlə, baş məşqçi Rəşad Sadıqovu necə xarakterizə edərdiniz?
- Tələbkar, istəkli və çox çalışqandır. Xüsusilə də futbolçularla münasibətdə çox həssasdır. Özünəməxsus yanaşma tərzi var.
Mənbə: Report
"Real"ın şikayəti rədd edildi
"Mingəçevir" "Cəbrayıl"a belə qalib gəldi - Video
“Qarabağ” UEFA reytinqində irəlilədi
4 qol vuruldu, "Mingəçevir" qalib gəldi
"Benfika" Mourinyo ilə danışıqlarda irəlilədi
“Mançester Siti" mənim yeganə seçimim idi”
2-ci liqada oyunların vaxtı açıqlandı
"Qalatasaray"da ciddi itki
AFFA-dan "Neftçi"yə rədd cavabı
Elxan Səmədovdan "Qarabağ"a təbrik
Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan kubokunun finalı bu stadionda
Aleksander-Arnoldun durumu açıqlandı
Alleqri cəzalandırıldı
“Real” Çempionlar Liqasının tarixinə düşdü
Qol vurandan bir neçə dəqiqə sonra vəfat etdi
0:2 uduzarkən "Qarabağ"ın qələbə əmsalı 76 olub!
"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına
Kamilo Duran: "Hesabda geri düşsək də, təslim olmadıq"
"Qarabağ" çox bir şey etmədi" - "Benfika"nın futbolçusu
Prezident “Qarabağ”ı təbrik etdi
Yankoviçin durumu necədir?
"Arsenal" "Atletik"ə belə qalib gəldi - Video
"Qarabağ"ın Lissabondakı möhtəşəm geridönüşü - Video
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”
“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi
AFFA prezidentindən “Qarabağ”a təbrik
Qurban Qurbanovdan tarixi qələbəyə reaksiya
Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı
"Real" və "Tottenhem"dən qələbə, "Atletik" uduzdu
Möhtəşəm qələbə “Qarabağ”ı neçənci yerə yüksəltdi?
“Qarabağ” “Benfika”nı diz çökdürdü
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı