54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd, tanınmış idman jurnalisti İlkin Fikrət oğlu Xəlilov seçicilərlə növbəti görüşünü Şabran şəhərində keçirib.
Qol.az xəbər verir ki, rayonun Mədəniyyət Sarayında keçirilən görüşdə Şabran şəhərinin sakinləri ilə yanaşı, ətraf kəndlərdən gələn seçicilər də iştirak edib. Görüş dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Seciçilərə öz platforması haqda məlumat verən İlkin Xəlilov doğma rayonu üçün həll etmək istədiyi məsələlərdən danışıb. Bir şabranlı kimi rayonun problemlərindən xəbərdar olduğunu deyən deputatlığa namizəd işsizliyin azaldılması, yeni iş yerlərinin açılması üçün sahibkarlara dəstək, kəndlərdə su, qaz, yol problemləri, rayon mərkəzində və kəndlərdə təmizlik-abadlıq işləri və Şabran üçün digər vacib məsələlərin platformasında yer aldığını bildirib.
Millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər haqda məlumat verən İlkin Xəlilov daha sonra seçicilərin sual və fikirlərini dinləyib. Rayonun Surra kəndinin sakini illərdir içməli su problemindən əziyyət çəkmələrindən şikayət edib. Çölquşçu kənd sakini həm içməli su, həm də suvarmada böyük problem yaşadıqlarını vurğulayıb. Şabran şəhər sakinləri bəzi küçələrin bərbad vəziyyətdə, qışda keçilməz olmasından, bir çox yerlərdə zibil qutularının olmamasından, natəmizliyin baş alıb getməsindən gileyləniblər.
Seçicilərin şikayətlərini dinləyən İlkin Xəlilov rayon mərkəzində, xüsusən "stansiya", "3 sotlar", "5 sotlar" və Dəvəçikənd ərazilərində abadlıq işlərinə ciddi ehtiyac duyulduğunu vurğulayıb. İlkin Xəlilov mövcud durumu obrazlı şəkildə belə ifadə edib: "Şabranın 2500 illik tarixi var. Bəlkə də qədim Şabran şəhərinin küçələri indiki Şabranın bəzi məhəllələrindən daha abad, daha səliqəli olub".
Tanınmış futbolçumuz Kamran Ağayevin atası Adil Ağayev çıxışında yerli azarkeşlərin rayonda futbol klubunun yaradılmasını çox arzuladıqlarını bildirib. İlkin Xəlilov idmanın sağlam gənclik yetişdirmək üçün çox vacib olduğunu qeyd edərək, seçiləcəyi halda böyük futbolu yenidən Şabrana qaytaracağını bildirib.
Səmimi keçən görüşdən razı qalan seçicilər sonda 9 fevralda keçiriləcək seçkidə yekdilliklə İlkin Xəlilova səs verəcəklərini bildiriblər.
Yuxarı
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı