Skolarinin yeni klubu

Skolarinin yeni klubu
DÜNYA FUTBOLU 16 Oktyabr 2020 / 11:56 2489
-  A +

Braziliya millisinin keçmiş baş məşqçisi Luis Felipe Skolari sabiq komandası "Kruzeyro"nu çalışdıracaq.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 72 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Braziliyalı baş məşqçinin son iş yeri 2019-cu ilin sentyabrında vidalaşdığı "Palmeyras" olub.

Qeyd edək ki, Braziliyanın B Seriyasında çıxış edən "Kruzeyro" 15 turdan sonra 12 xalla autsayderlər qrupunda qərarlaşıb. Skolari 2000-2001-ci illərdə də bu klubun baş məşqçisi olub.

 


Son xəbərlər