Desayini ötdü, Anriyə yaxınlaşdı

Desayini ötdü, Anriyə yaxınlaşdı
DÜNYA FUTBOLU 12 Oktyabr 2020 / 18:44 2147
-  A +

Fransa millisinin Millətlər Liqasının 3-cü turunda Portuqaliya ilə oyunu (0:0) kapitan Uqo Lloris üçün əlamətdar olub.
 
Qol.az xəbər verir ki, 33 yaşlı qapıçı yığmada 117-ci matçına çıxıb və Fransa millisində ən çox oyun keçirən 3-cü futbolçu olub. O, Marsel Desayini (116) geridə qoyub.
 
Fransa yığmasında ən çox oyun keçirən Lilian Türamdır. O, millidə 142 matça çıxıb. İkinci sırada isə 123 oyunla Tyerri Anridir.

Son xəbərlər