"Türkiyənin yeni çempionu "Başakşehir"dən Azərbaycanın ən köklü və ən böyük klublarından olan "Neftçi"yə gəldiyim üçün həqiqətən də çox xoşbəxtəm. Bu klub Türkiyə və dünyada da tanınır. Belə komandada oynamaqdan məmnunam".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Mert Çelik klub televiziyasına müsahibəsində deyib. 20 yaşlı mərkəz müdafiəçisi "Başakşəhər"dən icarə əsasında "Neftçi"yə keçməsinin səbəbini izah edib:
"Neftçi" ölkənin ən qədim və köklü klubudur. Burada gənclərə çox böyük önəm verilir. Mənim bu klubu seçməkdə ən böyük səbəbim gənclərə böyük diqqət və qayğının göstərilməsidir. Ona görə də burada olduğum üçün çox xoşbəxtəm".
Çelik "Neftçi"də çempionluq sevinci yaşamaq istədiyini də diqqətə çatdırıb: "İlkin hədəfim budur: Azarkeşlərimizlə və oyunçularımızla birgə bu mövsüm qızıl medal qazanaraq, Çempionlar Liqasında mübarizə aparmaq istəyirik. Burada hamı - istər klub prezidenti, istər idman direktoru, istərsə də baş məşqçimiz məni çox yaxşı qarşıladı. Mən də onları xoşbəxt etmək üçün nəyə qadir olduğumu meydanda göstərəcəyəm. Bundan heç bir şübhə etməsinlər".
Qeyd edək ki, müqavilə ilə Türkiyənin "Başakşəhər” klubuna məxsus olan Mert Çelik Azərbaycanın U-21 millisinin üzvüdür.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə