“Hatayspor”a baş məşqçi təyin edildi

“Hatayspor”a baş məşqçi təyin edildi
XƏBƏR 11 Avqust 2020 / 13:45 2624
-  A +

Növbəti mövsümdən Türkiyə Superliqasında mübarizə aparacaq “Hatayspor”un yeni baş məşqşisi məlum olub.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Komandanı Ömər Ərdoğan çalışdıracaq. 43 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ö.Ərdoğan bu mövsüm çalışdırdığı “Fatih Karagümrük”ü 12 matça çıxarıb. Bundan əlavə o, "Bursaspor", "Eskişehirspor" və "Tuzlaspor"da baş məşqçi köməkçisi kimi işləyib.

Xatırladaq ki, “Hatayspor”un son baş məqşçisi Mehmet Altıparmakla cari mövsümün başa çatması ilə yollarını ayırmışdı.

“Hatayspor”un baş məşqçisi vəzifəsinə əsas namizəd “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov olsa da, o, təklifi qəbul etməmişdi.

Daha çox


Son xəbərlər