"Çoxlu pivə içmişdilər..." - Qvardiola darmadağını şərh etdi

"Çoxlu pivə içmişdilər..." - Qvardiola darmadağını şərh etdi
DÜNYA FUTBOLU 3 İyul 2020 / 13:56 5920
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada çempionluğu edən "Liverpul" üzərində 4:0 hesablı qələbəni şərh edib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, çox yaxşı oyun nümayiş etdirdiklərini deyib:

"Çempionu, möhtəşəm  komandanı məğlub etdik. Cəsur bir şəkildə oynadıq. Öz futbolumuzu oynamağa çalışdıq və riskə getdik. Rəqib çempionluğu rəsmiləşdirsə də, çoxlu sayda pressinq etdi. Matça çıxan zaman "Liverpul"u alqışladıq. Ancaq oyuna o qədər köklənmişdilər ki, bizə təşəkkür belə etmədilər. Bu həftə bura gələnə qədər çoxlu pivə içdilər, amma oyun zamanı qanlarında spirt qalmamışdı. Şadam ki, qələbə qazandıq".

 


Qarabağ FK
Son xəbərlər
topaz banner