Beqoviç rəsmən "Milan"da

Beqoviç rəsmən "Milan"da
DÜNYA FUTBOLU 14 Yanvar 2020 / 00:01 4995
-  A +

Mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da çıxış edən "Bornmut"un qapıçısı Asmir Beqoviçin “Milan”a keçidi rəsmiləşib.

Qol.az xəbər verir ki, klubun saytı bosniyalı qolkiperlə iyunun 30-na kimi müqavilə imzalandığını açıqlayıb. O, İtaliya nəhəngində də icarədə oynayacaq.

Təcrübəli qolkiper sabahdan etibarən yeni komandasının düşərgəsinə qoşulacaq. Yanvarın 16-da isə “Milan” onun üçün təqdimat mərasimi və mətbuat konfransı təşkil edəcək

Qeyd edək ki, 32 yaşlı qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı