"Keşlə"nin futbolçusu Franko Flores Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Səbail"lə heç-heçə etdikləri matçdan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, əvvəlcə görüş haqda danışıb.
- Bu günkü hava şəraiti komandalara mane oldu. Oyun elə idi ki, nə "Səbail"in, nə də bizim o qədər də çox qol şansımız olmadı, öz oyunumuzu göstərə bilmədik. Bir xal qazandıq. Əslində, qələbə istəyirdik ki, "Səbail"lə xal fərqimizi daha da artıraq. 1 xal nə yaxşıdır, nə də pis.
- Hava şəraiti pis olduğuna görə topu hara gəldi vururdunuz. Bu, baş məşqçini çox əsəbləşdirirdi.
- Bu, normaldır. Biz heç vaxt belə oynamamışdıq. Yenə də deyirəm, hava şəraiti öz oyunumuzu göstərməyə mane oldu. Görüşlərdə belə hadisələr olur. Düşünürəm ki, bu qarşılaşmada 1 xal vacib idi. Bəlkə də məşqçi oradan qışqırıb, nə isə deyirdi. Amma oyundan sonra gəldi, bizə dedi ki, hər şey normal idi. Əsas odur ki, məğlub olmadıq.
- Hazırda "Keşlə" 3-cü yerdədir. Azərbaycana gələndə komandanın yuxarı pillələrdə olacağını güman edirdiniz?
- Mən buraya gələndə ümumiyyətlə, nə baş verdiyini bilmirdim. Çünki komanda ötən mövsümdə sonuncu yeri tutmuşdu. Mən gəldim, tanış olandan sonra gördüm ki, oyunçularımız yaxşıdır. Ondan sonra başa düşdüm ki, biz ilk pillələr uğrunda mübarizə apara bilərik. Həm oyunçular, həm məşqçi heyəti, həm klubun işçiləri, rəhbərlik, prezident - hamımız ilk yerlər üçün çalışırıq. Düşünürəm ki, bunu edəcəyik.
- Növbəti turda "Neftçi"ni məğlub etmək "Keşlə" üçün realdır?
- Əlbəttə. Biz bunun üçün çalışacağıq. Bir qədər dincəlməliyik. Hər şey yaxşıdır. Çünki "Neftçi" ilə birinci görüşdə də 0:0 hesablı heç-heçə etmişdik. Bizim də qol şanslarımız var idi, "Neftçi"nin də. Qarşıda bir həftəmiz var. Düşünürəm ki, bu vaxtdan yaxşıca istifadə edib, hazırlaşmalıyıq.
- Kiprdə "Alki"nin heyətində APOEL-ə, Azərbaycanda isə "Keşlə"nin heyətində "Qarabağ"a qarşı oynamısınız. Bu iki komanda Avropa Liqasında qarşılaşacaq. Hansı komandanı daha şanslı hesab edirsiniz, APOEL güclüdür, yoxsa "Qarabağ"?
- Nə isə demək çox çətindir. Çünki necə ki Azərbaycanda "Qarabağ" ən yuxarı pillədədir, Kiprdə də APOEL ən güclüdür. Hər iki komanda da qələbə qazana bilər, heç-heçə də ola bilər. Bu barədə proqnoz verə bilmirəm.
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı
İspan klubu “Qarabağ”ın şikayəti əsasında cərimələndi
UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə cərimələdi
"Şimal" və "Bakı Sportinq"dən qələbə, Mingəçevirdə heç-heçə
"Real" Vinisiusla bağlı qərar verdi
Balotelli ərəb klubuna keçə bilər
Ronaldo adada 2 villa aldı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Kişi şahmatçılarla qarşılaşmaq daha maraqlı ola bilər"
Kenan Yıldız İngiltərə nəhənglərinin hədəfində
"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan təklif var
Millimizin üzvləri şagirdlərlə görüşdü
2-ci liqanın bombardirləri açıqlandı
Murad Musayev Rusiyada ilin məşqçisi seçildi
Braziliya millisinin üzvünün yeni klubu məlum oldu
"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı
İngiltərə Kubokunun yarımfinalçıları
“Atletiko” Dieqo Simeone ilə müqaviləni uzatmağı düşünür
"Beşiktaş" "Fənərbaxça"ya belə qalib gəldi - Video
İstanbul derbisini qonaqlar qazandı
Millimizin üzvü qırmızı vərəqə aldı
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib