“Axır ki, mən Bakı şəhərində yerləşdim. Son günlər çoxlu problemim vardı. Klub dəyişəndə belə olur. İlk təəssüratım necədir? Yüksək. “Qarabağ” həqiqətən bir ailə kimidir”.
Qol.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın yeni transferi Asmir Beqoviç Bosniyanın “sportsport.ba” saytına müsahibəsində söyləyib.
Bu yaxınlarda İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”dan icarə qaydasında Ağdam klubuna keçən 32 yaşlı bosniyalı qapıçı deyib: “Bakı da çox gözəldir. Mən inanıram ki, “Qarabağ” mənim həyatımdakı ən gözəl epizodlardan biri olacaq”.
Beqoviç deyib ki, “Qarabağ”a transferi sürətli alınıb: “Başqa klublar da vardı. Amma onu deyə bilərəm ki, “Qarabağ” mənim seçimimdə ən doğru olanı idi. Komanda iddiasına görə də fərqlənir. Bu transfer mənə çox yaxşı göründü. “Qarabağ” yaxşı ənənəsi olan ciddi klubdur. Onlar həmişə titullar uğrunda yarışırlar və Avropa Liqasının qrupunda çıxış edirlər. Mən özümə olan inamımı doğrultmalıyam”.
Beqoviç bildirib ki, klubun iddiası onun qrupda çıxış etməsindən daha vacibdir: “Qrupumuzda “Sevilya”, APOEL və “Dudelanj” da mübarizə aparır. Fikrimcə, onlarla matçda yaxşı nəticələr qazana bilərik. Amma, əlbəttə, bu, asan olmayacaq. APOEL-in “Ayaks”la necə mübarizə apardığını gördük. “Düdelanj” da keyfiyyətli komandadır”.
Beqoviç “Bornmut”dakı durumu haqda da danışarkən son ayların onun üçün xaotik keçdiyini söyləyib: “Orada vəziyyət günbəgün dəyişirdi. Klublar mənimlə maraqlanırdılar. Çalışırdım ki, mümkün olduğu qədər “Bornmut”da deyilənlərə əməl edim. Amma yekunda orda mən əsas heyətdə oynamırdım. Buna görə də gələn təkliflərdən birini qəbul etdim. Mən futbolçu kimi öz hüququmu qorumalı idim. Kimlərsə mənə deyir: “Sən ehtiyatda qalmalı və pulunu qazanmalı idin”. Amma bu, mənə görə deyil”.
Bosniya millisinin baş məşqçisi Robert Prosineçkinin Beqoviçin millidə yenidən oynaya biləcəyinin mümkünlüyü haqda fikirlərinə də toxunan qapıçı bunları bildirib: “Əgər belədirsə, yaxşıdır. Mən milliyə qayıtmaq istəyirəm. Milli komandanın qapısını bağlamamışam. Komandamıza hər zaman kömək etmək istəyirəm. İndi ən vacibi isə millinin əvvəli gücünə qayıtmasıdır. Heyf ki, Ermənistana uduzduq. Amma bu, futbolda olan şeylərdir”.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video