“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının açılış turunda “Dalğa Arena”da “Keşlə”yə 1:0 hesabı qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.
- İlk oyunumuz göstərdi ki, çempionata hazır olmalıyıq.Qarşımızda çox sıx qrafik var. Bu bir ay bizim üçün ən ağır qrafik olacaq. Çünki həm çempionat, həm avrokubok matçları futbolçular üçün asan olmayacaq. Hazırda məni nəticədən çox oyunçuların sağlamlığı narahat edir. Bu gün bütün diqqətimiz bu oyuna idi. Futbolçularım qalib gəlməyi bacardılar, onları təbrik edirəm. Baxmayaraq ki, psixoloji gərginlik var idi. Düşünürəm ki, vacib qələbə oldu.
- “Linfild”lə oyuna 2 ciddi itki ilə çıxacaqsınız. Bu oyun həmin görüşdə boşluğu doldurmaq üçün nə material verdi?
- Əsas heyət üzvlərinin çoxunu meydana buraxmamışdım. APOEL-lə son görüşdə həddən artıq çox yorulmuşdular. Riçard və Rahili isə növbəti oyunu buraxacaqları üçün meydana buraxdım. Maksimi bu gün stopper kimi oynatdım, düşünürəm ki, pis alınmadı. Gənc oyunçumuz İsmayılın da ilk oyunu idi. Özünü əsas heyət oyunçusu kimi idarə edə bildi. Limitdə olan futbolçularımız var. İsmayılın qol vurması o demək deyil ki, daim o oynayacaq. Həm oyunçuların hazırlığına, həm də rəqibə baxacağıq.
- Mahir Emrelidən sonra bu gün Zubir haqda da transfer xəbərləri çıxıb. Bu, nə dərəcə doğrudur?
- Onunla bağlı heç bir rəsmi məlumat yoxdur.
- Düşünmürsünüz ki, çempionatda gənclərlə bağlı limit dəyişdirilməlidir?
- Biz də başda olmaqla çox çətinliklər çəkirik. Fayda verən futbolçular da olur. Amma bu bir həqiqətdir ki, çətinlik çəkirik. Əgər limitdən istifadə edirsənsə, bir mövqeyə 2-3 güclü futbolçu tapmaq çətin olur. Çünki bunun zədələnməsi, vərəqə alması var. Bəzən birini əvəzləyərkən iki dəyişiklik etməli oluruq. Əlavə güc sərf edirik.
- “Linfild”i analiz etmək imkanınız olub?
- Təxmini baxmışam. Sabahdan daha ciddi təhlil edəcəyik.
- Ötən mövsümün autsayderinin bugünkü çıxışını necə dəyərləndirərdiniz?
- Qol epizodları yaratdıqlarını siz də gördünüz. Ruslan Qurbanovu, Meza Kollini komandaya cəlb etmələri onların xeyrinədir. Həm təcrübəli, həm də nəticə verən oyunçuları var. Düşünürəm ki, pis transferlər etməyiblər.
Haaland üçün xüsusi oyun
"Beşiktaş”ın futbolçusu klubdan ağlayaraq ayrıldı - Video
"Neftçi"nin məşqçilər heyətinə yeni təyinatlar oldu - Rəsmi
Yamal, Haaland, Mbappe...
Ronaldonun iddialı arzusu: klubu satın almaq istəyir
"Trabzonspor" nigeriyalı futbolçu ilə anlaşdı
"Mançester Yunayted"dən "Ayaks"a keçə bilər
ÇL-nin oyunları bu topla oynanılacaq
Güləş üzrə Azərbaycan çempionatına start verildi
"Neftçi"də oynamağı çox arzulayırdım"
Millinin oyun günü ölkədə rəsmi tətil olacaq
"İmişli" hücumçusu ilə yollarını ayırdı - Rəsmi
“Qəbələ” nigeriyalı hücumçunu transfer etdi - Rəsmi
Klubların lisenziyalaşdırılması üzrə təlimlər başa çatdı
İspaniya kubokunda 1/8 finalın püşkü atıldı
"Milan"da yeni müqavilə
Ter Ştegen "Barselona"nın düşərgəsini tərk etdi
"Turan Tovuz"dan ayrılan futbolçu "Kəpəz"də - Rəsmi
Qari Onil Fransa klubunun baş məşqçisi oldu
"Araz-Naxçıvan"ın oyununun vaxtı dəyişdirildi
Mini-futbolçu faciəvi şəkildə vəfat etdi
Azərbaycanın U-21 millisi 2 yoxlama oyunu keçirəcək
Braziliyalı legioner Azərbaycana qayıtmaqdan imtina etdi
Ukrayna klubunun futbolçusu “Neftçi”nin diqqət mərkəzində
Müvəqqəti baş məşqçi Sülşer ola bilər
"Barselona" Reşfordla bağlı qərarını verdi
Misli Premyer Liqasında 12 oyunun vaxtı açıqlandı
"Fənərbaxça" ulduz futbolçunun transferinə yaxındır