Təmkin Xəlilzadədən tarixi qol

Təmkin Xəlilzadədən tarixi qol
GÜNDƏM 11 Sentyabr 2018 / 11:10 3803
-  A +

UEFA Millətlər Liqasının ikinci turunun Malta ilə səfər oyununda yığmamız və "Qəbələ"nin üzvü Təmkin Xəlilzadənin vurduğu qol ilklərlə əlamətdar olub.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığıxəbərə görə, cinah oyunçusu Azərbaycan yığmasının Millətlər Liqasındakı ilk qolunun müəllifi kimi tarixə düşüb. O, həm də 7-ci matçını keçirdiyi millidə özünün qol hesabını açıb.

Xatırladaq ki, Xəlilzadə Azərbaycan millisinin tarixində qol sevinci yaşayan 62-ci futbolçudur.

Qeyd edək ki, Malta - Azərbaycan oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.
 

Daha çox


Son xəbərlər
11.11.19  16:04

40-cı heç-heçə

11.11.19  00:41

APOEL-dən xal itkisi